"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rus bölməsi şagirdlərinin daha savadlı olmasının sirri

01 Mart 2016 - 10:35
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

 Rus bölməsi şagirdlərinin daha savadlı olmasının sirriTəhsil eksperti: “Azərbaycan dilində yazılmış dərsliklər olduqca mürəkkəbdir və anlaşılmır”

I-IV qruplar üzrə sonuncu qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2%-i (33 min 352 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Bu barədə mətbuata açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. İmtahan fənlərindən sıfır bal toplayan abituriyentlərin Azərbaycan bölməsində çoxluq təşkil etdiyini deyən M.Abbaszadə builki qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin, Azərbaycan tarixi, tarix və coğrafiya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəricilərinin Azərbaycan bölməsi abituriyentlərinin göstəricilərindən yüksək olduğunu bildirib.
Ümumiyyətlə, rus bölməsi şagirdlərinin həm təhsil, həm də intellekt baxımından Azərbaycan dili bölməsində oxuyan şagirdlərdən üstün olması məsələsi zaman-zaman gündəmə gəlib və bu mövzu ətrafında müəyyən müzakirələr aparılıb. Bir çox ekspertlər bunu rus ədəbiyyatının zənginliyi, anlaşılan dildə olması ilə izah edir. Bir sıra ekspertlər isə bunun səbəbini rus bölməsinin müəllimlərinin daha savadlı olmasında görür.
Bir çox psixoloqlar da Azərbaycan bölməsində oxuyan uşaqların daha aqressiv olduğunu və bu gün baş verən əksər cinayətlərin, oğurluq hadisələrinin də məhz Azərbaycan bölməsini bitirən şəxslər tərəfindən törədildiyini bildirirlər. Bunun səbəbini isə  Azərbaycan kitablarında, nağıllarında aqressiyanın daha çox olmasında görürlər. Rus bölməsi şagirdlərinin daha mülayim olmasını isə rus ədəbiyyatında həlimliliyin, yumşaqlığın olması, nağılların, hekayələrin daha çox dostluq sevgi üzərinə qurulması ilə əlaqələndirirlər.
Bəs gerçək səbəb nədir?  Nəyə görə rus bölməsinin şagirdləri Azərbaycan bölməsinin şagirdlərindən daha savadlı olur?
 
Təhsil Şurasının sədri Əjdər Ağayev bunun bir neçə səbəbi olduğunu dedi: “Bu, pedaqoqları da maraqlandıran çox önəmli məsələdir. Bu məsələni araşdırmaq üçün Təhsil Şurası layihə hazırlayıb nazirliyə verdi ki, araşdırsın görək niyə təlim rus dilində olan məktəblərdə savad da, mədəniyyət də, davranış da yüksək olur. Təhsil Nazirliyinin o layihəyə qiymət verən adamları onu dəyərləndirə bilmədi və buna görə də layihəni qəbul etmədi. Bundan sonra Təhsil Şurası olaraq biz özümüz bu məsələ ilə maraqlandıq. Bunun bir neçə səbəbi var. Birincisi təlim rus dilində olan siniflərə ziyalı ailələrin uşaqları gedir və o ailələrin özündə də mədəniyyət örnəkləri var. Uşaq ailədə o örnəkləri görüb məktəbə gedir. İkincisi, təlim rus dilində olan məktəblərdə dərs deyən müəllimlərin özləri də həmin ailələrdən çıxıb. Bilirsiniz ki, rus bölmələrində dərs deyənlərin və oxuyanların 99 faizi azərbaycanlıdır. Amma bu şagirdlərdə, müəllimlərdə ailədən gəlmə fərqləri, ziyalılıq ünsürləri var. Bu insanlarda rus mədəniyyəti, rus dəqiqliyi ilə əlaqəlilik var.  Buna görə də orada uşaqlar rus dili vasitəsilə internetdən və digər resurslardan daha geniş məlumat ala bilirlər. Orada müxtəlif sistemli tədbirlər keçirilir. O tədbirlərdə yüksək elmi olan mədəniyyət nümayəndələri olan adamlarla görüşlər keçirilir. Məktəbdəki mühit onlara həm nitqdə, həm yazıda mədəniyyət səviyyəsinin nümayişində faydalı təsir göstərə bilir. Amma onu da deyim ki, bu cür şagirdlərin sayı azdır. Təlim Azərbaycan dilində olan şagirdlərin sayı 150 mindirsə, 1500 nəfər təlimi rus dilindədir. Yəni bu müqayisəyə gəlmir. Amma hər halda ki, rus bölmələrinin şagirdlərinin azərbaycan bölməsinin şagirdlərinə nisbətən savadlı, mədəni olması faktı özlüyündə doğrudur”.
Ə.Ağayev dərsliklərin də bu məsələdə təsirinin böyük olduğunu bildirdi: “Azərbaycan dilində yazılmış dərsliklər olduqca mürəkkəbdir və anlaşılmır. Uşaqlar bu dərslikləri oxuyub qavraya bilmir. İndi deyə bilərlər ki, təlim rus dilində olan məktəblərdə də həmin dərsliklərin tərcüməsidir. Düzdür, amma oradakı müəllimlər təkcə bu dərsliklərlə kifayətlənmir. Rusiya məktəblərindən alınmış dərsliklərdən də istifadə edirlər. Məktəbdən kənar, müstəqil işlərdə bu dərsliklərdən istifadə edirlər. Azərbaycan dilindən rus dilinə tərcümə edilmiş dərsliklər isə sadəcə olaraq, stol üzərində qalır. Dərsdə istifadə etdikləri həmin işlək və xalis rus dilində yazılmış dərsliklərdir. Bu cür amillər var və gələcəkdə bu barədə düşünmək lazımdır. Təlim Azərbaycan dilində olan siniflərdə də dərsliklərin asan, qavranılan dildə yazılması, şagirdlər üçün anlaşılan olması məsələsi həyata keçirilsə, həmçinin Azərbaycan bölməsi olan məktəblərdə ”baxım-görüm”, formalizm aradan qaldırılsa, düşünürəm ki, burada da keyfiyyəti qaldırmaq olar. Azərbaycan dilində oxuyanların hamısı elə deyil. Yaxşı məktəblərimiz də var. Azərbaycan dilli məktəblərin sayı çox olduğu üçün bu məsələ qabarır. Müəllimin keyfiyyəti məsələsi də var. Təlimi rus dilində olan məktəblərin müəllim keyfiyyəti yüksəkdir. Amma Azərbaycan dilində olanlarda yüksək deyil. Təsadüfi adamlar da var ki, müəllim işləyir. Bu cür hallar yığışdırılmalıdır”.
Previous Post

Rus bölməsi şagirdlərinin daha savadlı olmasının sirri

Next Post

Neft Fondu 23 milyard qazanıb

Bənzər yazılar

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39

İndi Yaxın Şərq regionu üçün həssas dövrdür, çünki Amerika qanunları pozur. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İranın...

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb. Elchi.az xəbər verir ki, bu barədə Rumıniya Radiosu məlumat yayıb. Məlumata görə,...

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08

Bakının rəmzi memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzinin binası Çin bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az AZƏRTAC-a istinadən xəbər verir...

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Next Post

Neft Fondu 23 milyard qazanıb

Neft bahalaşmaqda davam edir

Son xəbərlər

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

Xətibzadə: İndi Yaxın Şərq regionu üçün həssas dövrdür

01 Oktyabr 2026 - 22:39
Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

Azərbaycan BMT-ni müstəmləkəçiliyə qarşı fəaliyyəti gücləndirməyə çağırıb

01 Oktyabr 2026 - 22:37
Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

Azərbaycan və Aİ arasında regional məsələlər müzakirə olunub

01 Oktyabr 2026 - 22:35
Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

Rumıniyada qatarla mikroavtobusun toqquşması nəticəsində 4 nəfər ölüb

01 Oktyabr 2026 - 22:12
Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

Heydər Əliyev Mərkəzi Çin bayrağının rəngləri ilə işıqlandırılıb

01 Oktyabr 2026 - 22:08
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.