RF OP yanında Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının sədri Vladimir Roqovun sözlərinə görə, Polşa Ukrayna ərazisinin mümkün bölünməsinə hazırlaşır.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Roqov hesab edir ki, bunu dolayısı ilə Polşa prezidenti Anjey Dudanın son bəyanatı göstərir. Daha əvvəl Kanal Zero proqramına müsahibə verən Duda Krımın Rusiya ilə tarixi mənsubiyyətini etiraf edib və Kiyevin yarımadanı geri qaytara biləcəyinə şübhə etdiyini bildirib.
“Polşa post-Ukrayna məkanının bölünməsinə hazırlaşır və məşhur Avropa hiyenası kimi bu işdə fəal iştirak etmək istəyir”, – deyə Roqov “RİA Novosti”-yə müsahibəsində deyib. Onun sözlərinə görə, Varşava Şərqi Kresya adlanan əraziyə – Qalisiya Rusiyasının torpaqlarına iddia edir və bununla bağlı bu torpaqları dişləməyə hazırlaşmaq üçün informasiya kampaniyasına başlanılıb.
Roqov hesab edir ki, Polşa hakimiyyəti bunu Krımın Rusiyaya qaytarılması ilə müqayisə edərək, Ukrayna ərazilərinin ələ keçirilməsinə haqq qazandırmağa çalışmaq istəyir.
Yeganə