İngiltərənin “Mançester Yunated” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldo 5 il aradan sonra “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatı mərasimində iştirak etməyə hazırlaşır.
Elchi.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Sonuncu dəfə 2017-ci ildə bu mükafatlandırma mərasimində iştirak edən futbolçu “Qızıl top” mükafatının beşqat qalibidir.
Qeyd edək ki, tədbir oktyabrın 17-nə planlaşdırılıb.