“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo PSJ ilə yoldaşlıq matçından (4:5) sonra özünün sosial şəbəkə hesablarında paylaşım edib.
Elchi.az xəbər verir ki, 37 yaşlı futbolçu oyundan şəkillər paylaşıb və yazıb:
“Meydana qayıtdığım və qollar vurduğum üçün çox xoşbəxtəm! Köhnə dostları görmək çox xoş idi!”
Qeyd edək ki, Səudiyyə Ərəbistanın “Əl-Nəsr” və “Əl-Hilal” klublarının birləşməsindən ibarət seçmə komandada yer alan portuqaliyalı hücumçu Paris təmsilçisi ilə görüşdə 2 qol vurub və matçın ən yaxşı oyunçusu seçilib.
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub. Elchi.az xəbər verir ki, ilk yarımfinal oyununda Ukrayna millisi Macarıstanı...





















Son şərhlər