İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldo 8 il həbs cəzası ala bilər.
“Report” AS nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçunu vergidən yayındığına görə, həbs cəzası gözləyir. Portuqaliya yığmasının hücumçusu həbs olunmaması üçün iyunun 15-dək İspaniya vergi orqanlarına 28 milyon avro ödəməlidir.
Təcrübəli forvard 2011 – 2014-cü illərdə 14,7 milyon avronu vergidən yayındırmaqda ittiham olunur. Prokurorluq hesab edir ki, futbolçu biznes-strukturu yaratmaq üçün gəlirlərinin gizlədilməsindən istifadə edib.
Qeyd edək ki, bu gün Zinəddin Zidan “Real Madrid”in baş məşqçi postundan istefa verib. O, qərarının Kriştianu Ronaldo ilə bağlı olmadığını açıqlayıb.