Ronaldinyonun oğlu “Barselona”da oynayacaq

65

Ronaldinyonun 17 yaşlı oğlu “Barselona” akademiyasına yazılıb.

Jao Mendes de Assis Moreyra sürətli və texniki hücumçudur. Bu gənc “Kruzeyro” məktəbinin yetirməsidir. Onun artıq İspaniyaya köçdüyü bildirilir.

“Barselona” mənim həyatımın bir hissəsidir. Klub həmişə mənim qəlbimdədir. Oğlumun komandaya gəlişi ilə mən də burada daha çox olacağam”, – Ronaldinyo deyib.