Roma Papası Fransisk silah alverçilərinin Ukrayna münaqişəsində maraqlı olması barədə fikir bildirib.
Elchi.az bu barədə TASS-a istinadən xəbər verir.
“Mənə elə gəlir ki, bu müharibə təkcə Rusiya və Ukrayna arasındakı problemə deyil , həm də silah satışına aiddir. İqtisadçılar mənə dedilər ki, bu gün ən böyük gəlir “ölüm fabriklərinə” investisiyalardan gəlir”, – pontifik mətbuat konfransında deyib.
Elçisi kardinal Matteo Zuppinin missiyasına gəlincə , pontifik qeyd edib ki, mümkün olan hər şey edilir. O, xüsusilə, Ukraynadan götürülmüş uşaqların Rusiya Federasiyasına qaytarılması məsələsinin müsbət inkişafını qeyd edib. Bundan əvvəl İtaliya Yepiskopları Konfransının rəhbəri Zuppi Kiyev, Moskva, Vaşinqton və Pekində səfərdə olub.
Pontifik ukraynalıları tarixin böyük bir hissəsində “şəhidlər xalqı” adlandırıb.
Nuranə Məmmədova