“Robotlar insanlardan iş almaq və ya yaradıcılarına qarşı üsyan etmək niyyətində deyillər, lakin onlar dünyanı özlərinin oyun meydançasına çevirmək istəyirlər”.
Elchi.az Apnews.com-a istinadən bildirir ki, bu fikirləri robotların Cenevrədəki mətbuat konfransında tədbirin təşkilatçıları deyiblər.
Konfransın təşkilatçıları xəstəlik, aclıq, sosial yardım və iqlim fövqəladə halları kimi dünyanın ən böyük problemlərinin həlli üçün süni intellekt və robotlardan istifadə zərurətini əsaslandırmağa çalışırlar.
Robotların cavablarının nə dərəcədə əvvəlcədən planlaşdırıldığı isə hələ məlum deyil. Bununla belə, mətbuat konfransında iştirak edən insanlardan robotlara müraciət edərkən yavaş və aydın danışmaları istənilib. Ancaq bu, yöndəmsiz fasilələrin, səs problemlərinin və bəzi qeyri-təbii və ya məntiqsiz cavabların qarşısını ala bilmədi.
Yeganə