Çinin paytaxtı Pekində keçiriləcək “Robot Olimpiadası”na hazırlaşan humanoid robot məşq zamanı idarəetməni itirərək qəzaya uğrayıb.
Elchi.az xəbər verir ki, qaçış məşqi edən robot yavaşlaya bilmədiyi üçün onu dayandırmaq üçün qoyulmuş təhlükəsizlik yastığına çırpılıb. Zərbə robotun bədəninə zərər verib və belindən iki yerə bölünüb. Bu anı yaxınlıqdakılar lentə alıb və görüntülər qısa müddətdə sosial mediada trend mövzusuna çevrilib.
Məryəm





















