“Riyad”ın 13 mühafizəçisi həbs olundu (YENİLƏNİB/VİDEO)

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

“Riyad”ın 13 mühafizəçisi həbs olundu
“Safastore” mağazası önündə baş verən qarşıdurmaya görə 13 nəfər saxlanılıb. 

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı 13 nəfər saxlanılaraq istintaqa cəlb olunub, istintaq aparılır.

***

Bu gün səhər saatlarında  Riyad Mühafizə xidmətinin 20-ə yaxın əməkdaşı Binəqədi rayonu, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edib.

“Qaynarinfo” xəbər verir ki, bu barədə qafqazinfo-ya mağazadan məlumat verilib. Xəbərdə mühafizəçilərin mağazanın keçmiş sahibi, iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlunun iştirakı və tapşırığı ilə hücum etdiyi iddia olunub. Xəbərə görə, onlar ictimai asayişi kəskin şəkildə pozaraq  supermarket əməkdaşlarına  ciddi xəsarət yetirib, hücum nəticəsində onlarla insan yaralanıb. Qarşıdurma zamanı Binəqədi rayon polis idarəsinin, 7 ci polis bölməsinin əməkdaşlarına da xəsarət yetirildiyi qeyd olunub.

Baş vermiş hadisə ilə bağlı “Safastore” MMC-nin rəhbərliyi tərəfindən  AR Daxili işlər Naziri və AR Baş Prokuroruna müraciət ünvanlayacaq.

Mağazadan verilən xəbərdə bildirilir ki, ilyarım əvvəl A. Xanməmmədov mağazanı 1.5 milyon manata yeni sahibinə satıb. Amma bu günə qədər sənədləri rəsmiləşdirməyib. Əvvəlki sahib isə pulu geri qaytarmadan mağazanın boşaldılmasını və geri təhvil verilməsini tələb edir.

Qarşıdurma ilə bağlı videonu təqdim edirik:

Bənzər yazılar

Next Post

Son xəbərlər