Ritter: Herşin “Şimal axını” ilə bağlı məqaləsi Qərb üçün əlverişsizdir

82

Buna görə də Qərb ölkələrində məlumatlar gizlədilir.
Elchi.az xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş zabiti və BMT-nin İraqın kütləvi qırğın silahlarının məhv edilməsinə nəzarət üzrə keçmiş müfəttişi Skott Ritter amerikalı publisist Seymur Herşin “Şimal axını” partlayışlarının səbəblərinin araşdırılması ilə bağlı məqaləsini ABŞ və Qərb ölkələri üçün əlverişsiz həqiqət adlandırıb.
“Bu, əlverişsiz bir həqiqətdir, buna görə də susdurulur və ona məhəl qoyulmur” deyən Ritter Herşin araşdırmasına inandığını bildirib.
Mənbələrdən əldə edilən araşdırmaları dərc edən amerikalı publisist Seymur Herş 2023-cü ilin fevralında yazıb ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin dalğıcları tərəfindən Baltops təlimi altında 2022-ci ilin iyununda “Şimal axını” altında partlayıcı qurğular yerləşdirilib. Jurnalist belə bir əməliyyatın keçirilməsi barədə qərarın ABŞ prezidenti Co Bayden tərəfindən verildiyini bildirib.
Bundan əvvəl Skott Ritter bildirib ki, Artemovsk uğrunda döyüşdən sonra Ukraynada böhran yeni mərhələyə keçə bilər, çünki Ukrayna Silahlı Qüvvələri artıq ciddi itkilər verib.

Şayəstə Hüseynova