Rentgeni çəkilən kobranın onurğasının qırıldığı müəyyən edilib

97

Zambiyanın Hazyview şəhərindəki Sürünənlər Parkında onurğası sınıq olan kobra ilanı evtanaziya edilib.
Elchi.az xəbər verir ki, Perry’s Bridge Sürünən Parkında yaşayan Mərkəzi Afrika meşə kobrası onurğası sınıb. Parkın sahibi Ceyson Stüart ilanın onurğasını necə sındırdığını müəyyən edə bilmədiklərini bildirib.
2,4 metr uzunluğundakı ilanın 5 ildir parkda olduğu öyrənilib.
Onun başının yaxınlığındakı sınığın necə meydana gəldiyi məlum deyil. 5 ildir ki, onun üçün ayrılmış qəfəsdə yaşayan ilanın sınıq onurğası heyrətlə qarşılanıb. Çünki ilanlarda bu vəziyyət çox da rast gəlinmir.
Kobranı əvvəlcə bu vəziyyətdə tapdıqda sağalacağına ümid etdiklərini ifadə edən park rəsmiləri heyvanın artıq hərəkət edə bilməyəcəyini anlayıblar. Bədəninin bir hissəsinin şişməsi səbəbindən heç sürünə bilməyən sürünənlərin quyruğuna toxunduqda heyvanın reaksiya verdiyi görülüb.Hareket edemeyince röntgeni çekilen kobranın omurgasının kırıldığı ortaya çıktı - Resim : 1Hazyview-də baytara aparılan kobranın rentgenoqrafiyası aparılıb və onurğa sütununda sınıq aydın aşkarlanıb. Baytar ilan üçün edilə biləcək bir şey olmadığını və onun ağrıdığını bildirərək, evtanaziya təklif etdi.
Parkda ən çox ziyarət edilən sürünənlərdən biri olan ilan baytar həkimin qərarına uyğun olaraq evtanaziya edilib.

Şayəstə Hüseynova