“Yağışdan Sonra: Ədalət Arayan Ailələr” sənədli filmi ilə terror təşkilatı PKK/YPG-nin qaranlıq tərəflərini ortaya qoyan hollandiyalı araşdırmaçı Rena Netjes, PKK terror təşkilatının Suriyadakı təzyiqlərini ortaya çıxarmaq üçün hədəf alınsa da, araşdırmalarını davam etdirəcək.
Netjes bildirib ki, dekabrın 2-də İstanbulda evindən çıxmaq istəyərkən elektron poçt vasitəsilə iki ölüm hədəsi alıb.
Elchi.az xəbər verir ki, Netjes, PKK/YPG-nin Suriyadakı varlığı ilə yanaşı, işğal altındakı bölgələrdə baş verənlərə, insanların qaçırılmasına və müxaliflərin zorla evlərindən çıxarılmasına qarşı zalım siyasətlərlə bağlı araşdırmalar apardığını bildirib.
56 yaşlı jurnalist, “PKK tərəfindən deportasiya edilən və Suriya sərhədindən Türkiyəyə keçən insanlarla danışdım. Onlardan ərəbcə niyə qaçdıqlarını soruşdum. Fikirləşdim ki, bunun Rusiya qüvvələri və ya silahlı qüvvələrin işi olduğunu söyləyəcəklər. Əsəd rejimi. Amma məni təəccübləndirən odur ki, qadınlar YPG-nin evlərini ələ keçirdiyini deyirdilər, bu, mənim üçün başlanğıc nöqtəsi idi”.
Şayəstə