Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynanın müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmasına qərar verdiyi Aleksey Reznikov Böyük Britaniyaya səfir təyin edilməsi planlarından xəbərsiz olduğunu bildirib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Reznikov məlumatı “Bilmirəm”,-deyə cavablamaqla qısaca şərh edib.
Qeyd edək ki, sentyabrın ilk həftəsində məlum oldu ki, Ukrayna müdafiə naziri işdən çıxarılacaq, daha sonra isə Böyük Britaniyaya səfir təyin olunacaq. Artıq sentyabrın 3-də Ukrayna prezidenti Aleksey Reznikovun tutduğu vəzifədən azad olunduğunu elan edib. Zelenski onun yerinə Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerovu təklif edib.
Yeganə