"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Razi Nurullayevdən “yol polisi” ilə bağlı TƏKLİF – LƏĞV EDİLSİN

14 İyul 2016 - 08:07
in XƏBƏR LENTİ
FacebookVatsap

 images_razi nurullayev

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

“Özüm də dəfələrlə avtomobil idarə edən zaman yol polisinin reket və qanundankənar, oğru və hiyləgər davranışlarının çox şahidi olmuşam. Rüşvət almalarına, şantaj etmələrinə, qanunu bilməyənlərin biliksizlikindən istifadə edib, sürücülərin başına torba hörmələrinə də şahidlik etmişəm. Onu da bilirik ki, yol polisi işə çıxanda “çörək pulu çıxarmaq” düşüncəsi ilə çıxır. Yəni yolu tənzimləmək yox, qayda pozuntularına imkan yaratmaq, pusquda durub güdmək, bilməyərəkdən qanun pozan sürücünün qanun pozmasının qarşısını almaq əvəzinə, durub gözləmək və anında qırğı kimi başının üstünü kəsdirmək. Budurmu qanun?”

“Ya dövlət başçısına yalan məlumat verilir, ya da dövlət başçısı da tədbir görə bilmir”.

 

Bu sözləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev deyib. O qeyd edib ki, prezidentin belə sərt reaksiyası bu qanunsuzluqların qarşısını ala bilmir:

“Dövlət başçısı yol polisinin qanunsuz hərəkətləri ilə bağlı bir neçə dəfə sərt danışıb. Yol polisinin yazdığı cərimənin 25 faizini onların əmək haqlarına əlavə edilməsi barədə qanuna dəyişiklik və ya əlavələr edilib. Yol polisinin əmək haqları orta azərbaycanlının əmək haqqından bir neçə dəfə çoxdur. Amma, yenə də rüşvətxorluq, qanunsuzluq, oğurluq və reketçilik davam edir.

Məsələnin iki tərəfi var. Ya dövlət başçısına yalan məlumat verilir, ya da dövlət başçısı da tədbir görə bilmir. Hər ikisi faciədir. Hər bir ailədə bir neçə nəfər sürücü var, demək yol polisi hər bir ailəni incidir, dövlətdən narazı salır. Əgər prezident İlham Əliyev vətəndaşların, hər bir azərbaycanlı ailənin qeydinə qalmaq, onları yol polisinin zorakalığı və qanunsuz hərəkətlərindən qorumaq istəyirsə, yol polis sistemi ləğv edilməli, yerində respublika yol hərəkətinə nəzarət idarəsi yaradılmalıdır. Bu idarənin işi yol hərəkətini tənzimləmək olmalı, yol mədəniyyətini formalaşdırmaq, sürücüləri mədəni və uyğun tədbirlərlə tərbiyələndirmək olmalıdır.

Bəli dərhal yol polis sistemi prezident fərmanı ilə tarixə qovuşmalı, yerində Respublika Yol Nəzarəti İdarəsi yaradılmalıdır. Prezident bunu xalq üçün, vətəndaş üçün, sürücüləri yol polis sisteminin oturuşmuş qanunsuzluq məngənəsindən xilas etmək üçün etməlidir”.

“Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi Prezident İlham Əliyevə müraciət edirəm. Xahiş edirəm ki, bu təklifi nəzərə alsın və dərhal yoxlamaların başlaması, Gürcüstan və Ukrayna təcrübəsinin öyrənilməsi barədə göstəriş versin” deyən AXCP sədri yol polisinin vəzifələri ilə bağlı vacib məqamlara diqqət çəkib:

 

“İndi isə, hər kəsin, o cümlədən Prezident İlham Əliyevin nəzərinə aşağıdakı məqamları çatdırmaq istəyirəm:

 

Yol polisi nə üçündür?

Yol polisi yolu tənzimləməlidir və yol hərəkəti qaydalarına sürücülərin əməl etməsinə kömək etməlidir. Yol polisi kol dibində, görünməyən yol ayrıcı və əyrilərində gizlənə bilməz. Əksinə, o elə yerdə dayanmalıdır ki, sürücü onu görüb qanunu pozmasın. Radar gizlətmək üçün deyil, radar sistemi də ona görə qoyulur ki, sürücü görsün, bilsin və qaydanı pozmasın. Bir kilometr məsafədən də sürücüyə xəbərdarlıq edilir ki, radar var. Yol polisi də radar kimi işləməlidir, onun vəzifəsi sürücülərlə siçan-pişik oynamaq deyil. Yol polisi sürücünün arxasınca düşüb qəza vəziyyəti yaradırsa, bu cinayət kimi bir əməldir. Yol polisi, cənab Prezident, yolda sürücülərin daha təhlükəsiz və rahat getməsi üçün çalışmalıdır. Azərbaycanın yol polisinin isə birinci vəzifəsi cəza tədbirləri görməkdir. Belə çıxır ki, yol polisi idarəsi də düzgün ad deyil, adı Yol Cəza Xidməti olarsa, görünür daha məqbul olar.

 

Yol polisinin davranışı

Cənab Prezident, yolda qəza baş verərkən inanın ki, yol polisinin ölüm yoxsa, birinci sualı və ya cümləsi belə olur: “sənədləri verin” . Bu lənətlənmiş sürücülük vəsiqəsi, texniki pasport bu qədər önəmlidirmi? Yol polisi görən sürücü həyəcanlanır, qorxur, narahat olur, əsəbləşir və bütün borc və xərclərini xatırlayır. Yol polisi sanki Əzraildir, can almağa gəlib. O, axı sürücüyə yardım etməyi, ona təsəlli verməyi bilməlidir. Qəzaya uğramış, xərcə düşmüş, sağlamlığını itirmiş, əmlakına ziyan dəymiş bir sürücüyə təsəlli və ilk yardım lazımdır. Amma, zərərçəkən sürücülər nə edir? Tez maşını yoldan çıxarıb gizlətməyə çalışırlar, sınmış qol-qıçlarını unudurlar. Çünki, maşını düzəltmək, sağlamlığı düzəltmək bir xərc, üstəgəl yol polisinin və hadisə yerinə gələn müstəntiqin alacağı rüşvətlər, qapılarda saatlarla gözləmələr, əsəb gərginliyi və s.bir dərd.

Cənab Prezident, budurmu vətəndaşa xidmət, hüquq bərabərliyi, hüququ dövlət?

 

 

Evakuator

Maşınların evakuatorla aparılması praktikası çox yanlışdır. Birincisi, kimsə gəlib maşının üzərində yazılıb qoyulan cəriməni görərsə, bir də orada saxlamaz. Amma, nə baş verir. Maşın cərimə meydançasına aparılır, sürücü şəhəri ələk-vələk edib maşınını axtarır, tapır, cərimədən iki dəfə artıq kiminsə cibinə ödəyir və hökuməti söyə-söyə geri qayıdır. Maşınların evakuatorla aparılması rüşvət mənbəyidir, cənab Prezident! Dayandırın bu qanunsuzluqları,xalq və millət üçün, vətəndaş üçün!

 

Sürücülük vəsiqələri

Çox az adam tapılar ki, rüşvət vermədən sürücülük vəsiqəsi alsın. İmtahandan keçənlər var, amma onlar da sürmə imtahanında rüşvət verməli olublar. Azərbaycanda yol mədəniyyəti çox aşağıdır, cənab Prezident! Siz də bunu bilirsiniz, amma görülən tədbirlər kafidirmi? Xeyr. Çünki, rüşvətlə sürücülük vəsiqəsinin paylanması davam edir. Bunun qarşısı alınmayınca, kor və nadan sürücülərin sayı artacaq.

Təklif edirəm ki, Yol Polis Sistemi ləğv edilsin, sürücülük vəsiqələrinin verilməsi isə ASAN xidmətə tapşırılsın. İmtahanların verilməsi isə Dövlət İmtahan Agentliyinə həvalə edilsin. Əlavə olaraq, təklif edirəm ki, yaş hədlərinə bölünərək, sürücülük vəsiqələri almış şəxslər yenidən imtahan versinlər. Yol mədəniyyətsizliyinin qarşısının alınması və qayda-qanunların yaradılması mexanizmlərindən biri də budur. Kütləvi yox, yaş hədlərinə uyğun olaraq imtahanlar təyin edilsin və proses 10 il ərzində başa çatdırılsın.

Cənab Prezident, sizə müraciət edir və xahiş edirəm ki, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı dərhal sərəncam imzalayasınız”.

 

Razi Nurullayev sonda ümidvar olduğunu bildirib ki, verdiyi təkliflər və qaldırdığı problemlər ciddi nəzarətə götürüləcək və xalq tezliklə nəticəsini görəcəkdir.

Previous Post

Razi Nurullayevdən “yol polisi” ilə bağlı TƏKLİF – LƏĞV EDİLSİN

Next Post

“Kimlərsə bilərəkdən millətimizin axırına çıxmaq istəyir”

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

“Kimlərsə bilərəkdən millətimizin axırına çıxmaq istəyir”

“Kimlərsə bilərəkdən millətimizin axırına çıxmaq istəyir”

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.