Rayon qeydiyyatında olan ailələrin övladları Bakıdakı uşaq bağçalarına qəbul prosesində iştirak edə biləcəklər.
Bu barədə Təhsil Nazirliyindən Elchi.az-ın sorğusuna cavab olaraq bildirilib.
“Rayon qeydiyyatında olan, lakin Bakıda məskunlaşmış ailələrin uşaqları paytaxtda istənilən bağça qeydiyyatına düşə biləcək”, – deyə nazirlikdən verilən məlumatda vurğulanıb.
Qeyd edək ki,Azərbaycanda uşaq bağçalarına qəbul elektron qaydada aparılacaq. Bağçalara onlayn qəbul sistemi gələn aydan – iyuldan istifadəyə veriləcək. Prosesin mərhələli şəkildə bütün ölkə üzrə həyata keçirilməsi nəzərdə tutulur.