Portuqaliyalı hücumçu Qonsalo Ramos karyerasını İtaliyada davam etdirəcək.
Elchi.az xəbər verir ki, 25 yaşlı forvard “Milan”a keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Ramos Fransanın PSJ klubundan transfer olunub. Daha əvvəl keçidin təxminən 75 milyon avro dəyərində olduğu bildirilirdi. Bu məbləğ portuqaliyalı futbolçunu “Milan” tarixinin ən bahalı transferinə çevirir.
Hücumçu yeni klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.
Qeyd edək ki, “Benfika” akademiyasının yetirməsi olan Ramos 2024-cü ildən PSJ-də çıxış edirdi. O, Paris klubunun heyətində bütün turnirlərdə 131 oyuna çıxıb, 45 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.





















