"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər?”

23 Dekabr 2022 - 13:18
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Hər bir halda konstitusiyanın pozulması və ona zidd olan qanundan sui-istifadə halı ortadadır”

Bunu da oxuyun

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

“Mən təkliflərlə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Bu gün biz Məhkəmələr və hakimlər haqqında qanunun 94-cü maddəsinin 4-cü hissəsinə əsasən namizədliyi Ali və Apellyasiya Məhkəmələrinə təqdim olunmuş hakimləri təyin edirik. Qanunun 4-cü bəndində qeyd olunur ki, yuxarı instansiya məhkəmələrinin hakimi vəzifələrinə bir qayda olaraq, ən azı beş il birinci instansiya məhkəmələrinin hakimi işləmiş şəxsər təyin oluna bilərlər. Bizə təklif olunan namizədlərinin 12-sinin ən azı 5 il hakim kimi iş təcrübəsi yoxdur”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.
Millət vəkili deyib: “Hörmətli Nizami Səfərov bildirdi ki, təcrübəli hakimlər irəli çəkilib. Bu namizədlərin irəli sürülməsi qeyd etdiyim bənddəki “bir qayda olaraq” ifadəsinə istinad olunmaqla irəli sürülüb. Həmin ifadədən qanunlarda istifadə olunmasına “Normativ hüquq aktlar haqqında” Konstitusiya Qanununun dövlət orqanının, vəzifəli şəxsin səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan tipik sui-istifadə amilləri adlanan 64.4-cü maddəsi ilə qadağa qoyulur. 64.10-cu maddədə də deyilir ki, qanunlarda qiymətləndirmə xassəli kateqoriyalardan istifadə edilə bilməz. Məhz bu baxımdan, “Məhkəmələr və hakimlər haqqında” qanunun keçid müddəalarının 7-ci bəndindəki “son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə Hüququ Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər” müddəası konstitusiyaya ziddir. Ali Məhkəmənin sədri də 68 yaşını – son yaş həddini keçdiyindən bu gün konstitusiyaya zidd olaraq həmin vəzifəni tutur. Hörmətli həmkarlar, xatırlayırsınızsa sabiq ombudsman Elmira Süleymanova qanunda nəzərdə tutulandan artıq vəzifədə qaldığı üçün Azərbaycanın beynəlxalq reytinqi aşağı salınıb. Konstitusiyanın 156-cı maddəsinin 5-ci bəndində qeyd olunur ki, konstitusiya qanunları konstitusiyanın ayrılmaz hissəsidir. Konstitusiyanın 147-ci maddəsində isə qeyd olunur ki, Azərbaycan Respublikasının Konstitusiyası ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Deməli, hakimlər təyin olunarkən “bir qayda” ifadəsi konstitusiya ilə ziddiyyət təşkil etdiyindən konstitusiyaya istinad olunmalıdır. Ən paradoksal və acınacaqlı hal ondan ibarətdir ki, bu gün “bir qayda olaraq” ifadəsini “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununa zidd olduğu üçün “Məhkəmələr və hakimlər haqqında” qanundan çıxarılacaq. Yəni bu gün konstitusiyaya zidd qərar qəbul etdiyimizi bilirik. “Məhkəmələr və hakimlər haqqında” qanunun 95-ci maddəsinə əsasən hakimlər vəzifələrinin icrasına başlamazdan əvvəl konstitusiya və qanunlara əməl edəcəklərinə dair and içirlər. Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər, konstitusiyanı necə qoruyacaqlar? Gəlin belə qəbul edək ki, əskinədir, qanunlar konstitusiyadan üstündür. O halda belə istisna olaraq 1, maksimum 2 şəxs 5 il iş təcrübəsi olmadan yuxarı instansiya məhkəməsinə təyin oluna bilər. Biz isə qeyd etdiyim kimi 12 nəfər təyin edirik”.
Millət vəkili əlavə edib ki, bu Apellyasiya Məhkəmələrinə ümumi təyin olunanların 50 faizindən çoxudur: “Ötən il bu vaxt biz Apellyasiya Məhkəmələrinə 8 nəfər təyin etdik, 8-i də istisna olaraq təyin olundular. Hər bir halda konstitusiyanın pozulması və ona zidd olan qanundan sui-istifadə halı ortadadır. Normativ hüquqi aktlar haqqında konstitusiya qanununun 1-ci maddəsində verilən anlayışda göstərilir ki, normativ hüquqi aktdan sui-istifadə korrupsiyaya şərait yaradan müddəaların olması deməkdir.
Hörmətli həmkarlar!
Bizə hakimlər haqqında ətraflı məlumat verilmir. Məsələn, biz bilmirik ki, hansı hakim hansı Appellyasiya Məhkəməsində, yaxud Ali Məhkəmədə kollegiyanın üzvü seçiləcək. Məhkəmə Hüquq Şurasının nümayəndəsinin komitədə verdiyi məlumata görə, birinci instansiya məhkəmələrində 5 il təcrübəsi olan 200-dən artıq hakim var. Niyə onların sırasından namizədlər seçilməyib? Bugünkü təyinatlar həm də o 200 nəfərə münasibətdə hesab edirəm ki, həqarətdir. Orada göstərilmir ki, hansı hakim Apellyasiya Məhkəməsində hansı kollegiyada olacaq. Məsələn, bir dənə də olsun ağır cinayət işinə baxmamış hakim necə Apellyasiya Məhkəməsində cinayət işləri üzrə kollegiyanın üzvü ola bilər? Əslində belə olmalıdır, norma və məntiq də bunu deyir ki, məsələn Ağır Cinayətlər Məhkəməsinin ən təcrübəli hakimi Apellyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında yer olarsa, ora təqdim olunmalıdır. Ali Məhkəmənin müvafiq kollegiyasında boş yer olarsa ora Apellyasiya Məhkəməsinin müvafiq kollegiyasının ən təcrübəli üzvü təyin olunmalıdır. Mən o manipulyasiyaları da qəbul etmirəm ki, gənclər daha təmizdir, bacarıqlıdır, onlara yol açılmalıdır. Əvvəla, yuxarı məhkəmələrə daha təcrübəli hakimlər lazımdır. Heç olmasa da dünya təcrübəsinə də baxmaq olar. İkincisi, eyni məntiqlə Məhkəmə Hüquq Şurasının sədri də, onun nazir kimi müavinləri də kifayət qədər yaşlıdırlar. Uzun müddətdir ki, eyni vəzifəni tuturlar. Niyə istefa verib, məhkəmə islahatlarını uğurla həyata keçirə biləcək gənclərə yol açmırlar? Hörmətli sədr!
Xahiş edirəm, səsvermə adbaad olmayacaqsa, protokolda mənim 5 il təcrübəsi olmayan namizədlərin əleyhinə olduğumu qeyd edilsin”.

Previous Post

“Konstitusiyaya zidd təyin olunan hakimlər ədalət mühakiməsini necə həyata keçirəcəklər?”

Next Post

Sabahın hava proqnozu açıqlandı

Bənzər yazılar

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət Hüquq və Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev...

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

“Cəmiyyət bu tipli addımları alqışlamalıdır”

06 Oktyabr 2026 - 17:16

Qüdrət Həsənquıliyev: “Bu tipli korrupsiya cinayətləri varsa, insanlar anlamalıdır bu onların həyatını çətinləşdirir” Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə...

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

Rubio: ABŞ diqqətini Ukrayna münaqişəsinin həllinə yönəldib

06 Oktyabr 2026 - 16:19

Ukraynanın NATO-ya üzvlüyü hazırda gündəmdə deyil və Vaşinqton diqqətini Ukrayna münaqişəsinin nizamlanması məsələsinə cəmləyib. Elchi.az xəbər verir ki, bu barədə...

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb

05 Oktyabr 2026 - 21:29

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb. Elchi.az...

Next Post
Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Fransızlar Makronun kompromisləri xatırladan sözlərini qeyd ediblər

Fransızlar Makronun kompromisləri xatırladan sözlərini qeyd ediblər

Son xəbərlər

Ronaldo milli ilə bağlı qərarını verdi

Ronaldo milli ilə bağlı qərarını verdi

07 Oktyabr 2026 - 13:42
FHN-dən əhaliyə müraciət – Video

FHN-dən əhaliyə müraciət – Video

07 Oktyabr 2026 - 13:30
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdirilib

07 Oktyabr 2026 - 13:16
Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

07 Oktyabr 2026 - 13:08
“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

“Rusiya ilə Ukrayna arasındakı münaqişəni həll etməyə çalışıram” – Tramp

07 Oktyabr 2026 - 13:00
Azərbaycanda bu həftədən ov mövsümü başlayır

Azərbaycanda bu həftədən ov mövsümü başlayır

07 Oktyabr 2026 - 12:51
Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb

07 Oktyabr 2026 - 12:42
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

07 Oktyabr 2026 - 12:30
İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

İrandan bizi hansı təhlükə gözləyir? – Qüdrət Həsənquliyevdən açıqlama

07 Oktyabr 2026 - 11:44
İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

İrəvan Bakı ilə yola çıxır: TRIPP Ermənistanı Rusiyadan uzaqlaşdıracaq?

07 Oktyabr 2026 - 11:18
Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.