"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İDMAN

Rafael Ağayev: “Onunla döyüşməyi həddindən artıq istəyirəm”

14 Yanvar 2023 - 13:26
in İDMAN
FacebookVatsap

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev onun üçün uğurlu olan 2022-ci ili dəyərləndirib.

Bunu da oxuyun

“Monako” Brunnerlə bağlı qərarını verdi

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

Dünya çempionatında iki cüdoçumuz 1/8 finala yüksəlib

Elchi.az xəbər verir ki, klubun rəsmi saytına müsahibə verən 5 qat dünya, 11 qat Avropa çempionu, Olimpiya Oyunlarının gümüş mükafatçısı və “Karate Kombat” kəmərinin sahibi qarşıdakı planlarını da açıqlayıb.

– 2022-ci ili geridə qoyuruq. Bu il sənin üçün hansı uğurlar və yeniliklərlə yadda qaldı?

– 2022-ci il mənim üçün çox uğurlu oldu. Artıq “Karate Kombat”da çıxış edirəm. WKF növündə yalnız Avropa çempionatında mübarizə apardım və komanda ilə ikinci olduq. “Karate Kombat”da ötən il üç, ümumilikdə 4 döyüş keçirdim. Burada yeganə azərbaycanlı dünya çempionu Şahin Atamov olmuşdu. Mən də özümü sınadım. Çox çətin yoldur. Bura kontakt karate, MMA, kikboksinqdə tanınmış idmançılar cəlb olunur. Buna baxmayaraq, çıxış etdiyim 75 kq çəkidə kəmər döyüşündə ABŞ idmançısı üzərində qələbə qazandım. Hakimlərin rəyi ilə qalib gəldim. WKF və başqa versiyalarda çempionluqlarım var idi. “Karate Kombat”a keçəndə demişdim ki, kəmərə sahib olmalıyam. Belə də oldu.

– Karyeran saysız uğurlardan ibarətdir, çox zəngindir. Sənin üçün ən dəyərli 3 uğurunu sadalaya bilərsən?

– Mənim üçün bütün medallar dəyərlidir. Sumqayıt çempionatından Olimpiya Oyunlarına qədər hər mükafat qiymətlidir. Üç medalı fərqləndirməli olsam, dünya, Avropa və Olimpiya medallarını qeyd edərəm.

– Sənə Karatenin brilyantı deyirlər. Bu adın tarixçəsini bizimlə paylaşa bilərsən?

– Mənə dünya karatesinin brilyantı deyirlər. Bundan başqa, İtaliyada maestro, digər ölkələrdə Qara pantera, Karatenin Maradonası da adlandırırlar. Karatenin brilyantı adını səhv etmirəmsə, ilk dəfə WKF-in prezidenti Antonio Espinos deyib. O, dünya çempionatından sonra demişdi ki, karateyə yeni nəfəs gəlib.

– 2023-cu il üçün hədəflərin nədir? Qarşına konkret hədəflər qoymusan?

– 2023-də məqsədim odur ki, “Karate Kombat” üzrə addımlayım. Aprel və ya mayda ABŞ idmançısı ilə döyüşdə kəməri qorumalıyam. Bu qarşılaşma hərəsi üç dəqiqə olan 5 raunddan ibarət olacaq. Həmin döyüşə hazırlaşacam. Hər hansı zədə və ya başqa problem olmasa, aprel ya mayda döyüşə qatılacam.

– Ölkədə yeni nəsil arasında karateyə maraq necədir? Səndən ilhamlanıb karateyə gələn tələbələrin varmı?

– Azərbaycanda karateyə yetərincə maraq var. Bunu bütün bölgələrdə hiss etmək mümkündür. Uşaq və yeniyetmələr böyük həvəslə bu idman növü ilə məşğul olur. Təbii ki, bu da gələcəkdə ölkəmizdə güclü karateçilərin yetişməsinə təkan verəcək. Hazırda üç tələbəm var. Düzdür, onların ilk müəllimləri var. Onları yanıma götürəndə hər zaman çalışmışam müəllimlərinin və valideynlərinin xəbəri olsun. Üç tələbəmin hər biri məşqçisinin razılığı ilə yanıma gəlib. Onlar hələ gəncdirlər. Döyüşlər və hazırlıq üzündən onlara çox diqqət göstərə bilməsəm də, əlimdən gələni edirəm.

– Hansı rəqibinlə yaddaqalan döyüşünün təkrarlanmasını istərdin?

– Luici Busa ilə yenidən döyüşmək istəyərdim. Amma onunla “Karate Kombat”da üz-üzə gələrdim. Bunu həddindən artıq istəyirəm.

– Futbola marağının olduğunu, həm də yaxşı oyunçu olduğunu bilirik. Niyə futbol yox, karate?

– Futbola böyük marağım var və oyunum da pis deyil. Sadəcə olaraq karateni seçdim. Brüs Linin filmlərinə baxaraq karateyə gəldim. 2004-cü ildə hətta karateni buraxıb futbola keçmək istəyirdim. Lakin seçimimdə yanılmamışam. Qismət bu imiş.

– Uzun illərdir Qəbələ İdman Klubunun üzvüsən. Bu, həyatında, karyeranda hansı rolu oynayıb?

– Artıq neçə illərdir ki, “Qəbələ” klubunun üzvüyəm. Özümü bu klubun bir parçası hiss edirəm. Burada çox gözəl idmançıları toplanıb. Məşqçilər və klubun bütün digər əməkdaşları barədə də eyni sözləri deyə bilərəm. Burada hər idmançıya daim diqqət və qayğı göstərilir. Nailiyyətlərin əldə olunmasında bu amilin də böyük rolu var. “Qəbələ” İdman Klubuna, xüsusilə Tale Heydərov və Fariz Nəcəfova təşəkkür etmək istəyirəm.

– İdmançı karyeranın ardından məşqçi kimi də böyük uğurlar qazanacağına inanırsanmı?

– Necə olacağını zamanla biləcəyik. Düşünürəm ki, məşqçi olmaq asan deyil. Hər güclü idmançı yaxşı məşqçi ola bilmir. Hər məşqçi də güclü idmançı olmur. İdmançı kimi istədiyim nailiyyətləri əldə etmişəm. Bundan sonra əlimdən gələni edəcəm ki, məşqçi kimi uğurlar qazanım. Bunun üçün öz üzərimdə çalışacam.

– Öyrənməyin yaşı yoxdur deyirlər. Hazırda sən həm öyrənir, həm də öyrədirsən. Hansı daha çətindir?

– Daim öz üzərində işləyən idmançıyam. Öyrətmək daha çətindir. Hər insanın öz bədən quruluşu, ağıl, xarakter, ürək sistemi var. Bu da özünü fərqli büruzə verir. Mənim üçün öyrənmək idman sahəsində ən asan işlərdən biridir. Öyrətmək isə daha çətindir.

Previous Post

Rafael Ağayev: “Onunla döyüşməyi həddindən artıq istəyirəm”

Next Post

Leyla Abdullayeva Makronla görüşdü

Bənzər yazılar

“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58

Fransanın “Monako” klubu almaniyalı hücumçusu Paris Brunnerlə müqavilənin müddətini uzatmaq barədə razılığa gəlib. Elchi.az xəbər verir ki, bu barədə jurnalist...

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

21 Noyabr 2026 - 12:53

Azərbaycan Paralimpiyaçısı İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. Azərbaycan Milli Paralimpiya Komitəsindən Elchi.az-a verilən...

Dünya çempionatında iki cüdoçumuz 1/8 finala yüksəlib

Dünya çempionatında iki cüdoçumuz 1/8 finala yüksəlib

21 Noyabr 2026 - 11:00

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında Azərbaycanın iki idmançısı 1/8 finala yüksəlib. Apasport.az xəbər verir ki,...

Premyer Liqa: “Sabah” XII turda böyükhesablı qələbə qazanıb

Premyer Liqa: “Sabah” XII turda böyükhesablı qələbə qazanıb

20 Noyabr 2026 - 22:30

"Sabah" Misli Premyer Liqasının XII turunda qələbə qazanıb. Elchi.az -ın məlumatına görə, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Mehdi Hüseynzadə...

Next Post
Leyla Abdullayeva Makronla görüşdü

Leyla Abdullayeva Makronla görüşdü

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

Son xəbərlər

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

Qüdrət Həsənquliyev Azər Qasımovu təbrik edib

21 Noyabr 2026 - 18:22
ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

ƏƏSMN: Daha bir Vətən müharibəsi qazisi əmək qabiliyyətini bərpa edib

21 Noyabr 2026 - 18:00
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı video paylaşılıb – VİDEO

21 Noyabr 2026 - 17:13
Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

Danimarka Aİ-nin ruslara turist vizaları verməyi dayandırmasını təklif edib

21 Noyabr 2026 - 16:55
Növbəti 3 gündə külək güclənəcək – XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

21 Noyabr 2026 - 16:24
Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar – FOTO

21 Noyabr 2026 - 15:39
Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

21 Noyabr 2026 - 15:07
Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib – FOTO – VİDEO

21 Noyabr 2026 - 14:46
“Monako” Brunnerlə bağlı qərarını verdi

“Monako” Brunnerlə bağlı qərarını verdi

21 Noyabr 2026 - 13:58
Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

Vyetnam narkotik qaçaqmalçılığına görə ölüm hökmünü ləğv etdi

21 Noyabr 2026 - 13:40
Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

Qlobal bazarlarda çöküş: Trilyonlarla dollar niyə itirilir və dünya iqtisadiyyatını nə gözləyir? – TƏHLİL

21 Noyabr 2026 - 13:28
Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

Sabah 18 dərəcə isti olacaq, bəzi yerlərə yağış yağacaq

21 Noyabr 2026 - 13:25
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

21 Noyabr 2026 - 13:12
İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

İmaməddin Xəlilov dünya çempionatında bürünc medal qazandı

21 Noyabr 2026 - 12:53
ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

ABŞ konqresmenləri İrana qarşı hücumların maliyyələşdirilməsini bloklamağa çağırıb

21 Noyabr 2026 - 12:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.