"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

“Rəssam öz əsərini xəyanət etmədən sevməlidir” – MÜSAHİBƏ

02 Dekabr 2023 - 17:26
in MƏDƏNİYYƏT
FacebookVatsap

Bu gün dünyanın bir çox ölkələrində rəssamlıq bir sənət qolu olaraq çox irəlidədir.
Rəssamlıq sənətinin əsas əlamətləri obrazlıq, emosionallıqdır. Bu əsərlərin obrazları ideya və mövzunun, süjet və xarakterlərin vəhdətinə əsaslanır. Təsviri incəsənət, rəssamların fırçasından çıxan əsərlər həqiqətən də tamaşaçıların marağını cəlb etməyə qadirdir. Onu da qeyd edək ki, Azərbaycan təsviri incəsənət ustalarının çəkdiyi əsərlərin çox az hissəsi dünyada tanınıb. Azərbaycan incəsənətini, ölkəmizi tanıtmağa qadir olan, rəssamlardan biri də bu gün ki, müsahibimiz əməkdar rəssam İbrahim Həsənovdur.

Bunu da oxuyun

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

Onun yaradıcılıq bioqrafiyası müxtəlif istiqamətlərdə aparılan
axtarışlar zəminində formalaşıb.
1990-cı ildə Bakıda onun ilk fərdi sərgisi təşkil olundu. Sərgidə rəngkarlıq, heykəltaraşlıq, qrafika və yaradıcılığına yeni bir nəfəs gətirən
sənətşünasların dili ilə desək “yumşaq heykəltaraşlıq” janrı sənətsevərlərin
marağına səbəb olmuşdur. Norveçdən, Almaniyadan, qardaş Türkiyədən
və digər ölkələrdən bu janra böyük maraq göstərilirdi.
Sənətkarın ikinci fərdi sərgisi 1991-ci ildə London şəhərində baş tutdu. Nümayiş olunan bütün əsərlər London muzeyi tərəfindən alınmışdır. 1991-
ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvü olur. 1995-ci ildə Türkiyənin
baş naziri Tansuçillər onu şəxsən Türkiyədə iş birliyinə, orada yaşayıb
yaratmağa dəvət etmişdir.
Rəssamın emalatxanasında çoxlu proektlərə, eskizlərə rast gəlmək olar.
“Nuru Paşa və onun İslam ordusu”na həsr olunmuş kompleks layihəsinə,
bir çox sərgilərdə sərgilənmiş Azərbaycan əsgərinə həsr olunmuş “Tə-
cavüzə son” layihəsi, Bakı milyonçusu və xeyriyyəçisi Hacı Zeynəlabdin
Tağıyev kimi digər layihələri də görmək olar.
İbrahim Həsənovun bir çox yaradıcılıq əsəri xarici ölkələr tərəfindən alınıb
və bir neçəsi şəxsi kolleksiyalarda saxlanılır. Daşdan yonulmuş “Gözləmə”
əsəri Tokio şəhərindəki Şərq Muzeyində saxlanılır.
Bu təvazökar, qaynar təbiətli rəssam həm də xeyriyyəçi rəssam kimi
də tanınır. Belə ki, o bir neçə qarabağ müharibəsi şəhidlərinin büstlərini təmənnasız həyata keçirmişdir. Buna misal olaraq Qəbələ şəhərində
Mübariz İbrahimovun büstü, Keşlə qəsəbəsində şəhidlərin xatirəsinə
yüksələn böyük abidə və sair kimi xeyriyyə əməlləri onun nə qədər vətənpərvər, kamil rəssam təfəkkürünə, geniş dünya görüşünə sahib olmasıdır.

Qeyd edək ki, 15 dekabr 2023-cü ildə saat 18:00-da Muzey Mərkəzində tanınmış rəssam və heykəltaraş İbrahim Həsənov və rəssam Ruhulla Həsənzadənin
““Metamorfik bağlar:70/30” adlı yubiley sərgisi keçiriləcək. Elə bu günki müsahibimiz də tanınmış rəssam İbrahim Həsnovdur.
Belə ki, bu il rəssam-heykəltaraş İbrahim Həsənovun 70, oğlu rəssam Ruhulla Həsənzadənin isə 30 yaşı tamam olur.
İbrahim Həsənov sənət sevərlər arasında çoxşaxəli rəssam və heykəltaraş kimi tanınır. Beləlikə Elchi.az rəssam İbrahim Həsənovla olan müsahibəni təqdim edirik.

– İbrahim bəy, rəsm çəkərkən özünüzə xüsusi bir mühit yaradırsınız?

– Kənar fikirlərdən, problemlərdən müvəqqəti də olsa uzaqlaşmadan heç bir xüsusi mühit yarana bilməz. Rəssam üçün yaradıcılıq mühiti çox önəmlidir. Onun üçün öz fikirlərinlə təkbətək qalmaq vacibdir.

– Siz həm də xeyriyyəçi rəssam kimi də tanınırsınız. Bu istiqamətdə hansı işlər görmüsünüz və hazırda davam edirsinizmi?

– Gördüyüm xeyriyyə işləri şəhidlərimizin, qəhramanlarımızın xatirəsini əbədiləşdirmək məqsədi daşıyır. Hələ birinci Qarabağ müharibəsi illəri Babəkin, Koroğlunun, Cavanşirin, qəsəbəmizin şəhidlər xiyabanında ucalan xatirə abidəsi, milli qəhrəmanımız general Polad Həşimovun ev muzeyindəki büstü və bir neçə şəhidlərimizin xatirə lövhələrini nümunə gətirə bilərəm. Nə qədər ki, Allah mənə ömür verib bu missiyanı bacardığım qədər davam etdirəcəm.

– Oğulunuz da  rəssamdır. Siz bu peşənin sahibi olmasaydınız oğlunuz da başqa peşə seçərdi? Yəni oğlunuzun da  rəssam  olmasında rolunuz nə dərəcədədir?

– Hər bir sənəti insan özü seçir. Lakin yaradıcılıq Allah vergisidir. Nəsildən nəsilə keçərək sanki ruhumuza hopur. Mənim atam da rəssam olub, teatr və kino rəssamı. Əgər ikinci dəfə dünyaya gəlsəydim yenə bu sənəti seçərdim. Çox güman ki, oğlum Ruhulla da bu fikirlə razı olar.

– Ümumi olaraq rəssam gözü ilə baxsanız, Azərbaycanda bu sahənin iş imkanları haqqındakı fikirləriniz nə olardı?

– Bu və digər sahələrdə çətinliklər olub və olacaq. Lakin yaradıcılıq həssas bir sahədir. Arxası azadlığa söykənməyən, məhdud imkanlarla üzləşən sənətkarın fəaliyyəti məhvə məhkum ola bilər. Bu isə bütövlükdə incəsənətin inkişafına zərbə ola bilər. Həyat ə qədər qəddar olsa da çox gözəldir və uğrunda mübarizə aparmağa dəyər.

– Əlavə olaraq, heykəltəraşlıq edirsiniz. İki sənəti müqayisə etsəniz, hansı sahədə daha rahat işləyə bilirsiniz?

– Rəssam təsviri sənətin hər bir sahəsində özünü uğurla ifadə edə bilər yetər ki, xəyanət etmədən onu sevsin. Hər iki sahə heykəltaraşlıq və rəngkarlıq ruhuma  çox yaxın və doğmadır.

– Yumşaq heykəltaraşlıq janr haqqında danışmağınızı istəyərdim.

– Birinci fərdi sərgim 1990-cı ildə çox çətin vaxtlarda baş tutmuşdur. Rəngkarlıq, heykəltaraşlıq və qrafika işlərindən ibarət sərgi. Mən o zaman yeni bir janra da müraciət etmişdim. Bu par.a və pambıqdan hazırlanmış müxtəlif personajların şarjları idi. Sənətşünasların dili ilə desək yumşaq heykəltaraşlıq janrı. Bu sahədə tərəf müqavilim anam idi. O çox istedadlı dərzi idi, bütün personajların geyimlərini o tikmişdi. Sərgidə 30 fiqurdan ibarət Azərbaycan xalçasının yaranması kompazisiyası böyük marağa səbəb olmuşdu. Əsasən də xarici qonaqlar tərəfindən. Tez bir zamanda sərgi bütövlükdə İngiltərənin London şəhərində təşkil olunur və bütün əsərlər Şərq Muzeyi tərəfindən alındı.

Havar Şəfiyeva

Previous Post

“Rəssam öz əsərini xəyanət etmədən sevməlidir” – MÜSAHİBƏ

Next Post

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb 

Bənzər yazılar

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

Xalq artisti Tofiq Mirzəyev 94 yaşında vəfat edib, İsraildə dəfn ediləcək

22 İyul 2026 - 10:50

Azərbaycanın Xalq artisti, tanınmış kino aktyoru Tofiq Mirzəyev ötən gün gecə saatlarında İsrailin Beer-Şeva şəhərində yerləşən xəstəxanada vəfat edib. Bu...

Next Post
Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb 

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb 

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb 

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun ölkədən çıxışı məhdudlaşdırılıb 

Son xəbərlər

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

02 Avqust 2026 - 19:01
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ

02 Avqust 2026 - 18:14
Gürcüstan ali təhsili pulsuz edir

Gürcüstan ali təhsili pulsuz edir

02 Avqust 2026 - 18:00
Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

Paşinyan istefa verib, hökumət yenidən formalaşdırılacaq

02 Avqust 2026 - 17:57
Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

Sabah Bakda 35°, rayonlarda 39° isti olacaq

02 Avqust 2026 - 17:30
Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

Tələbələrin NƏZƏRİNƏ: Sabahdan müraciət edə biləcəklər

02 Avqust 2026 - 15:03
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu

02 Avqust 2026 - 14:46
Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib, Prezident və Birinci vitse-prezident əklil göndərib – FOTO

02 Avqust 2026 - 11:48
Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.