"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Rəsmi Bakı həmsədrlərdən əməli addımlar gözləyir

10 Noyabr 2017 - 09:40
in MANŞET, SİYASƏT, SİYASƏT MANŞET
FacebookVatsap
Rəsmi Bakı həmsədrlərdən əməli addımlar gözləyir
Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların intensivləşdirilməsi məqsədi ilə əməli addımların atılmasını gözləyir.

Elchi.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının ATƏT yanında  nümayəndə heyəti ATƏT Daimi Şurasının 1163-cü iclasında bəyan edib.

Bunu da oxuyun

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Tariximizin qəhrəmanlıq səhifəsi

Azərbaycanın nümayəndə heyəti danışıqların bərpa edilməsində həmsədrlərin səylərini alqışlayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin 16 oktyabr 2017-ci il tarixində Cenevrədə keçirilmiş zirvə görüşünü düzgün istiqamətdə atılmış addım olduğunu qeyd edib: “Görüş substantiv danışıqların bərpası üçün ilkin şərtlər qoymaq cəhdlərinin  uğursuzluqla nəticələndiyini sübut etdi. Birgə bəyanatda əks olunduğu kimi, ümumilikdə, görüşün baş tutmasını və nəticəsini müsbət qiymətləndiririk. Danışıqları intensivləşdirmək məqsədi ilə həmsədrlərdən əməli addımların atılmasını gözləyirik”.

“Bununla yanaşı, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklərə dair qanunsuz əməlləri Yerevanın işğalçı mahiyyətini, baş vermiş faktın zorla qəbul etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş sistemli siyasətini nümayiş etdirir: “Təmas xətti boyunca silahlı təxribatlar da daxil olmaqla Ermənistanın bu cür addımları sülh səylərinə zərbə vurur. Biz ATƏT-ə üzvü olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə, onların fiziki və hüquqi şəxslərinin, harada olmasından asılı olmayaraq, qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə müvafiq hüquq normalarına əməl etməyə çağırırıq.

Biz həmçinin xatırlatmaq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları və Helsinki Yekun aktının prinsipləri münaqişənin həlli üçün əsasdır. Əgər Ermənistan münaqişənin siyasi həllinin tapılmasında səmimi olaraq maraqlıdırsa, onda gərək bu dəqiq müddəalar əsasında münaqişənin həlli prosesində konstruktiv iştirak etsin”.

Nümayəndə heyəti münaqişənin həlli üçün mərhələli həll variantına alternativin olmadığını və sülhə nail olmaq üçün ən yaxşı şans olduğunu qeyd edib: “Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib, xüsusən, ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanılır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasıni təşkil edir.

ATƏT-in 1992-ci ilin fevralında qəbul etdiyi qərarda, bütün sərhədlərin toxunulmazlığına hörmətlə yanaşılma, hər hansı qonşu dövlətə ərazi iddialarının irəli sürülməməsinə dair zəmanət verilmə, o cümlədən, bu cür ərazi iddialarını təşviq edəcək düşmənçilik təbliğatından çəkinmə kimi çağırışlar əks olunub”.

Nümayəndə heyəti qeyd edib ki, Cenevrə görüşündən əvvəl və dərhal sonra Ermənistanın yüksək səviyyəli rəsmilərinin verdiyi bəyənatlar Yerevanın həqiqi niyyətinə dair suallar doğurur. Bu kontekstdə Minsk Qrupunun həmsədrləri və ATƏT-ə üzv olan dövlətlərindən Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni icmasının təcrid olunmasına haqq qazandırmaq və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni rejimi təbliğ etmək etmək kimi mənasız cəhdlərini pisləyəcəyini gözləyirik”.

Nümayəndə heyəti həmçinin Daimi Şuraya xatırladıb ki, bu cür hərəkətlər hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qanunsuz hesab olunub: “Təhlükəsizlik Şurası Azərbaycanın beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün gücdən istifadənin yolverilməz olduğunu təsdiqləyib.

Ermənilər başa düşməli və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət torpaqların işğalını və etnik təmizləməni qəbul etməyəcək. Azərbaycan Respublikasının Konstitusiyasına və beynəlxalq hüquqa zidd ola biləcək heç bir sülh sazişinə nail oluna bilməz. Azərbaycan torpaqlarının işğalı həll variantı deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək”.

Previous Post

Rəsmi Bakı həmsədrlərdən əməli addımlar gözləyir

Next Post

VALYUTA MƏZƏNNƏLƏRİ

Bənzər yazılar

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb 110 kV-luq...

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28

2027-ci ildə Azərbaycanda mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olması nəzərdə tutulur. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir....

Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57

24 saat çəkən antiterror tədbirləri ordumuzun qüdrəti ilə yanaşı Prezident İlham Əliyevin prinsipial mövqeyi ilə yadda qaldı. Prezident müxtəlif çıxışlarında...

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51

2027-ci ildə də Azərbaycanda ABŞ dollarının məzənnəsinin 1,7 manat səviyyəsində qalması proqnozlaşdırılır. Elchi.az  bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Xatırladaq ki,...

Next Post

VALYUTA MƏZƏNNƏLƏRİ

VALYUTA MƏZƏNNƏLƏRİ

Son xəbərlər

FHN iki nəfərin öldüyü qəza ilə bağlı açıqlama yaydı

FHN iki nəfərin öldüyü qəza ilə bağlı açıqlama yaydı

17 Sentyabr 2026 - 09:11
İmişlidə zəlzələ olub

İmişlidə zəlzələ olub

16 Sentyabr 2026 - 23:57
Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

Lənkəranda TIR ilə mikroavtobus toqquşub, ölən və yaralananlar var

16 Sentyabr 2026 - 23:56
Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində yeraltı təkanlar qeydə alınıb

16 Sentyabr 2026 - 23:54
İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.