“İslam İnqilabı Keşikçiləri Korpusu İran hakimiyyətinə güclü dəstək verir və region ölkələri İran silahlı qüvvələrinə arxalana bilər”.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu fikirləri İran prezidenti İbrahim Rəisi Tehranda Milli Ordu Gününə həsr olunmuş mərasimdə deyib.
İranın İsrailə qarşı hərbi hücumundan danışan Rəisi əvvəlcə bunu anti-sionist əməliyyat adlandırıb, daha sonra bunun sionistləri cəzalandırmaq məqsədi daşıyan əməliyyat olduğunu vurğulayıb.
İran prezidenti İsrailə hücumu da məhdud əməliyyat hesab edib və qeyd edib ki, Tehran İsrailə qarşı genişmiqyaslı əməliyyat keçirmək istəsə, bu rejimdən heç nə qalmayacaq.
“Əgər sionistlər bizim maraqlarımıza qarşı hər hansı addım atsalar, İranın cavabı daha sərt olacaq. Bu gün silahlı qüvvələrimizin təmkin və nüfuzu sayəsində artıq İrana qarşı hərbi variantdan söhbət getmir”, – deyən Rəisi İran silahlı qüvvələrinin təhlükəsizliyin yaradıcısı və sülhməramlısı olduğunu vurğulayıb.
Yeganə