“Sionistlərin Qəzzaya quru işğalında son məğlubiyyəti onların Əl-Əqsa tufanı əməliyyatındakı məğlubiyyətindən daha böyükdür”.
Elchi.az BBC.com-a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi bu fikirləri Əl-Cəzirə ilə söhbətində bildirib.
“Onlar ilk məğlubiyyətlərini guya əməliyyatın sürprizi ilə əlaqələndirirlər, lakin dişlərinə qədər silahlı bir ordu ilə Qəzzaya soxulsalar da, müqavimət qüvvələrinin müdafiəsi ilə qarşılaşdıqda geri çəkilməyə məcbur olsalar da, ikinci məğlubiyyətini aldılar. Bu, Fələstin xalqının növbəti böyük qələbəsi idi”, – deyə İbrahim Rəisi bildirib.
“Qəribəsi odur ki, ABŞ hamını münaqişəyə müdaxilə etməməyə çağırır, halbuki onlar bütün dünyanın gözü qarşısında sionistlərə Qəzzada cinayət törətmək üçün lazım olan bütün silah və avadanlıqları verirlər”, – deyə Rəisi bildirib.
Yeganə