Aprelin 17-i Güney Azərbaycanın Qəzvin şəhərində tibb işçiləri etiraz aksiyası keçiriblər.
Elchi.az xəbər verir ki, əyalət valiliyinin binası qarşısına toplaşan işçilər qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına etiraz ediblər.
Etirazçılar inflyasiyanın səviyyəsi ilə əmək haqlarının uyğun olmadığını, maaş artımı və əlavə ödənişlərlə bağlı vədlərin yerinə yetirilmədiyini bildiriblər.
Qeyd edək ki, İranda az əmək haqqı aldıqlarına və dövlət tərəfindən yetərli qayğı görmədiklərinə görə son illər həkim, tibb işçisi və tibb bacılarının xaricə axını çoxalıb.
Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb
"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....





















Son şərhlər