"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Qərbin arzusu Türkiyəni bu münaqişəyə cəlb etməkdir” – Əli Həziquliyev

21 Yanvar 2022 - 21:44
in MANŞET
FacebookVatsap

BAXCP sədrinin müavini: “Azərbaycan Prezidentini Qafqazda da, dünya siyasətində də xarizmatik bir lider kimi qəbul edirlər”

Bunu da oxuyun

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Əli Həziquliyev AzNews.az analitik-informasiya portalına müsahibə verib. Müsahibəni təqdim edirik:

– Əli bəy, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev xalqa müraciətində bildirdi ki, Qazaxıstan elitasında heç bir münaqişə və qarşıdurma yoxdur, bu fikirlər tamamilə əsassızdır. Qazaxıstanda baş verənlərin nəticəsi nədir?

– İlk növbədə demək lazımdır ki, Qazaxıstanda ikihakimiyyətlilik var idi. Nazarbayevdən sonra onun kadrı kimi təyin olunan prezidentin əli-qolu açıq deyildi. Tokayev hesab edirdi ki, bəzi islahatları həyata keçirə bilmir və buna Nazarbayev maneə olur. Nəticə olaraq bütün hakimiyyət Nazarbayevin əlindən alındı. Tokayevin hakimiyyətini əngəlləyən proseslər ortadan qalxdı. N. Nazarbayev hakimiyyətə gəldiyi dövrdə Rusiyanın kadrı olsa da , sonrakı dövrdə Qazaxıstanı bir növ Rusiyanın cəngindən xilas edə bildi. Nazarbayev hakimiyyətə gələndə Qazaxıstanda təxminən 25 faizə qədər rus var idi. İndi həmin rusların da sayı azalıb. Dövlət atributlarının Qazaxıstanda daha çox möhkəmlənməsinə nail oldu. Təbii ki, bunlar Rusiyanı narahat edirdi. Eyni zamanda Putin və Nazarbayev münasibətlərinin özü də böyük rol oynayırdı. Proseslərlə N. Nazarbayevin hakimiyyətdən uzaqlaşdırılmasına nail olundu.

İkinci tərəfdən hesab edirəm ki, Putin Avropaya bir növ öz gücünü nümayiş etdirdi. Avropaya birmənalı şəkildə bildirdi ki, Qazaxıstan bizimdir. Bu da ondan irəli gəlir ki, Qazaxıstan Orta Asiya dövləti olsa da, daha çox Qərbə meyilli idi, “Şərq Tərəfdaşlığı” proqramına da qoşulmuşdu. Rusiya bununla Qərbi əmin etdi ki, siz Orta Asiyaya, Qazaxıstana girə bilməzsiniz. Bura Rusiyanın nüfuz dairəsidir. Qazaxıstanda baş verənlər bizim ümid bəslədiyimiz türk dövlətləri birliyinin perspektivinə və inkişafına ciddi zərbə vurdu. Hələki bu məqamaları göstərmək mümkündür.

– Ukrayna-Rusiya gərginliyi də gündəmdədir: Rusiya-Ukraynaya hücum edəcəkmi? Rusiya-Ukraynaya hücum edərsə, Qərb dövlətlərinin , NATO-nun reaksiyası nədən ibarət olacaq?

– Bu gün Rusiyanın gündəmdə yaratdığı fon ondan ibarətdir ki, Ukraynadan Rusiyaya hücum təhdidlər var. Ukrayna buna hazırlaşır. Hesab etmirəm ki, indiki məqamda Ukrayna Rusiyaya hücum etsin. Ola bilər ki, Rusiya orada hansısa təxtribatlar törətsin, hərbi insidentlər baş versin. Bundan sonra hərəkətə keçsin. Ancaq fikrimcə , indiki məqamda Rusiya daha çox əzələ nümayişi etdirir. Rusiyanın neft-qaz ehtiyyatları çox yüksəkdir. Avropanın qazla sınağa çəkildiyi dövrdə Rusiya qazı dayandırmaqla təhdid edir. Avropanın Ukraynaya dəstək verəcəyi təqdirdə Rusiyanın qazını kəsmək təhdidi var. Avropa qış aylarında Rusiyanı qıcıqlandırmamaq üçün Ukraynaya dəstək verməyəcək. NATO dövlətlərinin də hansısa dəstəyini real görmürəm. Ona görə də Rusiya bu məqamdan istifadə edərək, daha çox Ukraynanın üstünə gedir. Əks halda müharibə baş verərsə, bu çox təhlükəli olacaqdır. Avropa və ABŞ Ukraynanı bu şəkildə bütövlükdə Rusiyaya peşkəş verə bilməyəcəkdir. Hazırda isə hərbi əzələ nümayişi ortalıqda görünür. Ancaq bu gərginliyin siyasi diolaqlar, diskusiyalar vasitəsi ilə yoluna qoyulacağını düşünürəm.

– ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya səfər edib. Onun səfərinin arxasında hansı məqamlar dayanır? Və prosesdə ABŞ-ın rolu nədən ibarətdir?

– ABŞ dövlət katibinin Ukraynaya səfərinin əsas qayəsi Ukraynanı hansısa güzəştlərə sövq etməkdir. O ABŞ-ın nə edə biləcəyini Ukrayna prezidentinə izah edib. Ukrayna prezidenti V.Zelenskinin hansı addımları atacağı müzakirə edilib.

ABŞ Ukrayna ilə Rusiya arasında münaqişə qızışarsa, indiki məqamda hərbi reaksiya verməyə hazır deyil.

Həmçinin NATO-nun gücləri Rusiya ilə sərhəddə çox azdır. Az qüvvə cəlb olunub. Rusiyanın 150 minlik qoşunu və o qədər hərbi texnikası Ukrayna ilə sərhəddə cəmləşdirilib. Bu texnikanın qarşısında əgər hansısa münaqişə baş verərsə, NATO gücləri çox zəif görünəcək. Bu baxımda hesab etmirəm ki, NATO-da bu münaqişənin alovlanmasını istəsin. Blinkenin səfəri Ukraynanı hansısa ciddi qarşıdurmalardan çəkindirmək məqsədi daşıyır.

– Bu yaxınlarda Azərbaycan prezidenti Ukraynaya səfər etdi. Səfərin ardından Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı olub. Ukrayna-Rusiya gərginliyində Azərbaycanın rolu nə yerdədir?

– Azərbaycan Prezidentini Qafqazda da, dünya siyasətində də xarizmatik bir lider kimi qəbul edirlər. Çox güman ki, Azərbaycanın rolu bu iki dövlət arasında qızışan gərginliyi normal məcraya yönəltməkdir.

Zelenski ilə görüşdə hansısa təkliflər olub, məsələlər müzakirə olunub. Bu məsələri də telefon danışığında İlham Əliyev Putinə çatdırıb. Putinlə bu məsələri danışmaq, prosesdə hansısa bir ümumi razılığa gəlmək yolunda Azərbaycanın rolu görülür. Azərbaycan hər iki dövlətlə strateji müttəfiqdir. Hər iki dövlətlə eyni məsafədədir. Hesab etmirəm ki, hansısa, dövlətin tərəfini tutacaq. Neytrallığını qoruyacaq. Azərbaycan üçün doğru addım da neytralığı qorumaq olar.

– Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin liderini Türkiyəyə gələrək aralarındakı problemləri və fikir ayrılıqlarını həll etmək üçün görüş keçirməyə dəvət edib. Bildirib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyi azaltmaq üçün oynaya biləcəyi istənilən rolu oynamağa hazırdır. Biz bunu həm Rusiya və Ukraynanın dostu, həm də NATO müttəfiqi kimi edirik. Rusiya-Ukrayna gərginliyində Türkiyənən mövqeyi necə olmalıdır?

-Türkiyə də neytrallığını qorumalıdır. Ancaq NATO dövləti olaraq, NATO qarışacaqsa, çox güman ki, Türkiyəni bu prosesə çəkmək istəyəcək. Türkiyənin özü də Ukraynaya “Bayraqdar”-lar satmaqla bir növ münaqişənin içindədir.

Türkiyə prezidentinin Ukrayna-Rusiya münasibətlərinin normallaşmağa yönlədimək istiqamətindəki fəaliyyəti münaqişədən hər iki dövləti çəkindirməkdir.Gərginliyi masa arxasında yoluna qoymaq istiqamətində cəhdlər edir. Düşünürəm ki, sonda buna gəlinəcək. Nə Rusiyaya , nə də Ukraynaya münaqişənin qızışması sərf etmir.

Rusiya Ukraynanı tam işğal da edə bilər. Ancaq bunun sonrası var. Rusiya bütün iqtisadi gücünü bu müharibəyə xərcləyəcəkdir. Belə olduqda Rusiya Qərbə üz tutmalı , Qərb banklarından maliyyə almalı, kreditlər götürməli olacaq.

Rusiyanın özündə də analitiklər Rusiya bu münaqişəyə qoşularsa, onu hansı ziyan gözlədiyini bildirirlər. Bu ziyanın kompensasiyası , Qərbdən asılı duruma düşməmək üçün onlar hesab etmirəm ki, münaqişəni sona qədər müharibə müstəvisinə gətirib çıxarsınlar. Cənab Ərdoğanın da bu çağırışını dəyərləndirib, bir masa ətrafına gələcəklər. Gəlməyəcəkləri təqdirdə , Türkiyə üçün ən doğru seçim münaqişədən kənarda qalmağıdır. Türkiyəni bu münaqişəyə cəlb etmək Qərbin arzusdur. Qərb Türkiyə-Rusiya arasında son zamanlar yaranan isti münasibəti qəbul etmir. Türkiyənin siyasi dairələri ölkənin bu münaqişənin içində olduğunu söyləsələrdə, hesab etmirəm ki, Ərdoğan müharibə baş verərsə, tərəf saxlayacaq. Ərdoğan praqmatik siyasətçi kimi bu proseslərə girməyəcək. Çünki nə Ukrayna, nə də Rusiya, Suriya və İraq deyil.

Previous Post

“Qərbin arzusu Türkiyəni bu münaqişəyə cəlb etməkdir” – Əli Həziquliyev

Next Post

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Bənzər yazılar

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Next Post
İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın iclası keçirilib

Mənzil bazarında bahalaşma sürətlənib

Mənzil bazarında bahalaşma sürətlənib

Son xəbərlər

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

10 Sentyabr 2026 - 17:59
Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

10 Sentyabr 2026 - 17:47
ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

10 Sentyabr 2026 - 17:35
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

10 Sentyabr 2026 - 17:27
Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

10 Sentyabr 2026 - 17:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.