"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Qərbi Azərbaycan İcmasından Quterreşə çağırış

03 Avqust 2023 - 14:41
in SİYASƏT
FacebookVatsap

Qərbi Azərbaycan İcması BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

Bunu da oxuyun

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Elchi.az xəbər verir ki, icma məktubda Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasını təmin etmək barədə İcmanın dialoq təklifindən Ermənistanın yayınması, qayıdış hüququnu inkar etməsi və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyasına mane olan təxribatlar törətməsi barədə məlumat verib və Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməsi üçün bu ölkəyə təsir etməyə, qayıdış prosesinə yardım etmək üçün Ermənistana BMT-nin xüsusi missiyasını göndərməyə çağırıb.

Məktubda deyilir:

“Qərbi Azərbaycan İcması tərəfindən Zati-alinizə ünvanlanmış 7 aprel 2023-cü il tarixli məktubda da nəzərinizə çatdırıldığı kimi, Ermənistandan qovulmuş azərbaycanlıların dinc, təhlükəsiz və ləyaqətlə geri qayıtması çağırışının davamı olaraq son dərəcə vacib bir məsələ ilə bağlı Zati-alinizə bu məktubu yazırıq.

İcma, Ermənistan hökuməti tərəfindən böyük əzab-əziyyətlərə məruz qalmasına baxmayaraq, uzun müddətdir davam edən bu problemin sülh yolu ilə həllinə nail olmaq üçün barışıq, dialoq və anlaşmaya sarsılmaz sadiqlik nümayiş etdirir. Biz 11 mart 2023-cü il tarixində Ermənistanın Baş naziri Nikol Paşinyana yazılı müraciət ünvanlayaraq onu bizimlə xoş məramla dialoqa başlamağa və Ermənistanın azərbaycanlıları öz evlərindən qovaraq onları onilliklər boyu məruz qoyduğu ədalətsizliyi aradan qaldırmağa çağırdıq. Ermənistanın Baş nazirinə ünvanladığımız məktubun surəti bu məktuba əlavə olunur.

Bununla belə, təəssüflə bildiririk ki, Ermənistan hökuməti İcmanın dialoq çağırışına cavab verməyib. Ermənistan hökuməti nəinki bizim dialoq çağırışımız qarşısında susqunluq nümayiş etdirir, həm də bizim dədə-baba torpaqlarımıza qayıtmağa hüququmuz təkəbbürlə inkar edərək didərgin salınmış icmamızın iztirablarını daha da artırır.

Üstəlik, Ermənistan Azərbaycanda yaşayan etnik ermənilər arasında separatçılıq meyillərini təhrik etməyə və qızışdırmağa davam edir, Azərbaycan hökumətinin onların reinteqrasiyası istiqamətində səylərini sabotaj etməyə yönəlmiş addımlar atır. Ermənistanın bu hərəkətləri regionda sülh və barışıq əldə etmək perspektivlərini sarsıdır.

Birləşmiş Millətlər Təşkilatının üzvü kimi Ermənistanın insan hüquqları sahəsində konkret öhdəlikləri var. Ermənistan Qərbi Azərbaycan İcmasının haqlı tələblərini yerinə yetirməli, yurd-yuvamıza qayıdışımız məsələsinin tezliklə öz həllini tapması üçün bizimlə konstruktiv müzakirələrə qoşulmalıdır.

Separatçı meyillər və silahlı təcavüzün tüğyan etdiyi bölgəmizdə İcmanın dialoqa sadiqliyi və beynəlxalq hüquqa hörməti ruhlandırıcı nümunə kimi alqışlanmalıdır. Qərbi Azərbaycan İcmasının mövqeyi təqdirə və dəstəyə layiqdir, çünki o, qayıdış hüququ üçün mübarizəsində sülh, barışıq və ləyaqət kimi dəyərləri, eləcə də dövlətlərin ərazi bütövlüyünə hörməti əsas tutmuşdur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Ermənistan hökumətinin İcmanın insan hüquqları, sülh və reinteqrasiyaya əsaslanan dialoq çağırışına yubanmadan cavab verməsini təmin etmək məqsədilə Zati-alinizin xoşməramlı səylərinə və diplomatik nüfuzuna səmimiyyətlə müraciət edirik. Biz dinc və yanaşı yaşamanın vacibliyini vurğulayaraq, Ermənistanın beynəlxalq hüquq çərçivəsində öz öhdəliklərini yerinə yetirməsini və beləliklə bizim təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmaq hüququmuzu təmin etməsini gözləyirik.

Bundan əlavə, BMT-dən xahiş edirik ki, Ermənistanı Azərbaycan hökumətinin Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiyası üzrə səylərini sabotaj etmək məqsədi daşıyan təxribatlardan çəkindirmək üçün lazımi tədbirlər görsün.

Biz həmçinin bu fürsətdən istifadə edərək, Zati-alinizdən İcmanın əvvəlki məktubunda xahiş edildiyi kimi, qovulmuş azərbaycanlıların təhlükəsiz, ləyaqətli və könüllü şəkildə Ermənistana geri qaytarılmasına kömək etmək, habelə azərbaycanlıların qayıdacaqları ərazilərin bərpasına və yenidən qurulmasına yardım etmək və barışığı dəstəkləmək üçün Ermənistana BMT-nin idarələrarası missiyasının göndərilməsi kimi konkret addımların atılmasına dair bir daha çağırış edirik.

Bundan əlavə, Zati-alinizdən xahiş edirik ki, BMT-nin Azərbaycandakı nümayəndəsinə sülh və insan hüquqları gündəmimizə aid məsələlərlə bağlı icmamızla dialoqa başlamaq barədə göstəriş verəsiniz.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı vəzifəsində çalışdığınız müddətdə qaçqınların üzləşdiyi çətinliklərlə bağlı əldə etmiş olduğunuz şəxsi biliklərinizə müraciət edirik. Biz Ermənistandan zorla qovulmuş azərbaycanlıların iztirablarının və onların geri qayıtmaq hüququnun həllində Sizin həmrəyliyinizə və məsələyə dərin anlayışınıza bel bağlayırıq.

Biz ümid edirik ki, Sizin hörmətli rəhbərliyiniz altında Birləşmiş Millətlər Təşkilatı Qərbi Azərbaycan İcmasının haqq işinə kömək edəcək və uzun müddətdir davam edən bu problemin həllində bizim dinc dialoq təşəbbüsümüzün tərəfdarı olacaq”.

Previous Post

Qərbi Azərbaycan İcmasından Quterreşə çağırış

Next Post

Putin mənim əsas müəllimimdir – Peskov

Bənzər yazılar

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56

Xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Bernard Klinqli qəbul edib. XİN-dən Elchi.az-a...

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47

Ukraynanın sabiq Prezidenti Leonid Kuçma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrik məktubunda deyilir:...

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir...

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Next Post
Putin mənim əsas müəllimimdir – Peskov

Putin mənim əsas müəllimimdir - Peskov

Putin mənim əsas müəllimimdir – Peskov

Putin mənim əsas müəllimimdir - Peskov

Son xəbərlər

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56
“Bayer”də yeni baş məşqçi

“Bayer”də yeni baş məşqçi

04 İyun 2026 - 16:48
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.