"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Qərb radikal cihadçılarla şəxsi haqq-hesab çəkəcəyini bəyan edib

23 Avqust 2014 - 13:55
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Mask Pentaqonda işləyəcək

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Amerika Birləşmiş Ştatlarının rəhbərliyi bəyan edib ki, İraq Şam İslam Dövləti (İŞİD) təşkilatı Amerikanın sonimg1623311 illərdə üzləşdiyi «ən böyük təhlükə»dir.
ABŞ-ın müdafiə naziri Çak Heygel bildirib ki, havadan zərbələr İŞİD-i zəiflədib, lakin cihadçıların yenidən qruplaşması mümkündür.
Amerika Silahlı Qüvvələrinin komandanı general Martin Dempsi deyib ki, İŞİD onun Suriyadakı bazaları dağıdılmadan məğlub edilə bilməz.
Mətbuat konfransında danışan cənab Hagel deyib ki, İŞİD ABŞ-a birbaşa təhlükə təşkil edir.
«Onlar terrorçu qrupdan daha təhlükəlidirlər. Onlar ideologiyalarını mükəmməl strateji və taktiki hərbi bacarıqla birləşdirə biliblər və yaxşı maliyyələşirlər» – deyib nazir.
ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri general Dempsi bildirib ki, İŞİD «son nəfəsədək vuruşmaq ideologiyası ilə silahlanmış» bir təşkilatdır və buna görə də məhv edilməlidir.
Nə Heygel, nə də Dempsi İraqda məhdud hərbi müdaxilə taktikasının dəyişdiriləcəyi barədə bir söz deməyib. Təhlilçilərin qənaətinə görə, prezident Barak Obama İraq və Suriyada daha geniş müdaxilə planlarına malik birisi kimi görünmür.
Bununla belə, ABŞ rəsmiləri İraqda və Suriyada İŞİD-ə qarşı, lazım gələrsə, əlavə tədbirlərə əl atılacağını istisna etməyiblər.
GİROVÇULAR ABŞ XÜSUSİ XİDMƏTLƏRİNİ QABAQLAYIBLAR
Bu arada amerikalı jurnalist Ceyms Folinin başını kəsmiş cihadçı üçün axtarış elan edilib və işlə əlaqədar cinayət təhqiqatına başlanıb.
Bəlli olub ki, ABŞ-ın xüsusi hərbi xidmətləri bu yayın əvvəllərində Foley-ni və başqa girovları xilas etmək üçün əməliyyat keçiriblər, lakin əməliyyat uğursuzluğa düçar olub. Media xəbərlərinə görə, həmin vaxt cihadçılar Amerika komandosunun hücumundan 24 saat əvvəl girovları başqa yerə apara biliblər.
AMERİKANIN «YADDAŞI UZUNDUR»
Bununla belə, ABŞ, eləcə də Britaniya rəhbərliyi bildirib ki, hərbi cinayət törətmiş cihadçılar barədə fərdi qaydada cinayət-axtarışı əməliyyatları həyata keçiriləcək.
ABŞ-ın baş prokuroru Eric Holder cihadçılara müraciətlə xəbərdarlıq edib ki, onun ölkəsinin «yaddaşı çox uzundur».
Britaniya polisi videosüjetdən Folini edam etdiyi görünən cihadçının kimliyini araşdırır. O, videoda ingiliscə, Britaniya ləhcəsi ilə danışır. Həmin cihadçının Londonun cənub-şərqindən olduğu ehtimalı var.
İCTİMAİ QINAQ
Bir sıra ölkə qəzetləri cihadçının konkret adının mətbuat səhifələrinə çıxarılmasına çalışırlar. Qəzetlər yazır ki, bu, Britaniyada bəzi gənc vətəndaşların zorakılıq yolunu seçməsinə qarşı «ictimai qınaq» yaratmaq üçün edilir.
İctimai qınaq artıq Londonda bir neçə məscidi və İslam mərkəzini qibtəedilməz vəziyyətə qoyub.
Qəzetlər Londonun Lyuşam hissəsindən olan cihadçı qadının «twitter»lə yaydığı mesajdan yazırlar.
2012-ci ildə Suriyaya köçmüş Xədicə Dare «twitter»də bəyan edib ki, «Qərb girovunu edam edən ilk cihadçı qadın» olmaq arzusundadır.
Cihadçıya ərə getdikdən sonra İslamı qəbul etmiş əslən ingilis xanım Dare yenicə doğulmuş körpəsinin «Kalaşnikov» avtomatı ilə birgə çəkilmiş şəklini də yayıb.
Britaniyada məscidlərin «cihadçı yuvası» olduğuna dair iddialar mətbuatda çoxdan dolaşır və İraqda baş verən son hadisələr «ictimai qınağı» və ya «qəzəbi» onlara qarşı yönəldir.
CİHADÇILARLA HEÇ BİR DANIŞIQ APARILMAYACAQ
Xədicə Darenin də Lyuşam İslam Mərkəzinin fəal üzvlərindən olduğu barədə xəbərlər yayılıb. Məscidin imamı mərkəzin cihadçılarla hər hansı bağlılığını dansa da, ondan radikallar əleyhinə bəyanatlar tələb edilməsini pisləyib.
Britaniya qəzetləri ABŞ jurnalistinin edamsayağı qətli ilə bağlı müxtəlif yazılar dərc edirlər. Yazıları birləşdirən ümumi ruh bundan ibarətdir ki, cihadçılarla girovlara dair heç bir danışıqlar aparılmamalıdır.
Məlum olub ki, girovçular jurnalist Folinin ailəsindən 100 milyon dollar tələb ediblərmiş.
XİLAFƏT RAKET ZƏRBƏLƏRİ ALTINDA GERİ ÇƏKİLİR
ABŞ prezidenti Barak Obama bəyan edib ki, o, cinayətkarların ədalət qarşısına çəkilməsi üçün əlindən gələni edəcək.
ABŞ prezidentinin verdiyi bəyanatın ciddiliyini ötən gün ərzində Amerika təyyarələrinin İraqdakı İŞİD mövqelərinə zərbələrinin intensivləşməsi bir daha nümayiş etdirib.
Xəbər verilir ki, ABŞ-ın hava zərbələri İraqın şimalındakı kürd qüvvələrinə Mosul Su Anbarının yaxınlığındakı bir neçə qəsəbəni geri almaq imkanı verib.
Bəzi xəbərlərə görə, hətta İŞİD ağır texnika və silahları Suriyaya keçirməyə başlayıb.
Hava əməliyyatları başlanandan bəri ABŞ təyyarələri cihadçıların mövqelərinə 90-dək raket zərbəsi endirib.
Beləliklə, Qərb ümumilikdə İslam təməlçiliyi ilə yanaşı, fərdi radikallara qarşı mübarizə taktikasını seçib.
Münaqişə İraqdakı məzhəblərarası düşmənçiliyi yenidən körükləyib və Diyala əyalətindəki sünni məscidlərdən birinə basqın nəticəsində onlarca insan həlak olub.
Xəbər verilir ki, cümə namazı zamanı burada əvvəlcə intiharçı bomba partlayışı baş verib, bunun ardıca silahlılar adamlara atəş açıblar (“Azadlıq” radiosu).
Previous Post

Qərb radikal cihadçılarla şəxsi haqq-hesab çəkəcəyini bəyan edib

Next Post

Xirosimada yenə də vəziyyət ağırdır

Bənzər yazılar

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00

ABŞ Prezidenti Donald Trampın administrasiyası 250 mindən çox vizanı ləğv edib. Elchi.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü...

Mask Pentaqonda işləyəcək

Mask Pentaqonda işləyəcək

01 Oktyabr 2026 - 13:00

Amerikalı sahibkar İlon Mask ABŞ Müdafiə Nazirliyinin "Meridian" adlı yeni layihəsinin rəhbər heyətinə qoşulacaq. Bu layihə gələcək hərbi münaqişələrdə ABŞ-ın...

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

01 Oktyabr 2026 - 12:06

ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq yeni enerji investisiyası həyata keçirəcəyini elan etdi. Tramp bildirdi: "Keçən...

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46

Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Baş naziri Endi Börnemin "ölkənin Avropa İttifaqına yenidən qoşulması mövcud variantlardan biridir" bəyanatını şərh...

Next Post

Xirosimada yenə də vəziyyət ağırdır

Xirosimada yenə də vəziyyət ağırdır

Son xəbərlər

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

KMBİ 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvlərini saxlayıb – VİDEO

01 Oktyabr 2026 - 15:16
Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

01 Oktyabr 2026 - 15:08
Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

Zahid Oruc:” Dövlət qulluğuna namizədi eyni imtahana qaytarmaq bürokratik və maddi yükdür”…

01 Oktyabr 2026 - 15:01
Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

Trampdan ağcaqanadlarla bağlı FƏRMAN

01 Oktyabr 2026 - 15:00
YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52
Oktyabrın dörd günü meteor yağışı olacaq

Oktyabrın dörd günü meteor yağışı olacaq

01 Oktyabr 2026 - 14:43
Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

Paşinyan: Azərbaycana qarşı ittihamlar sülhü sıfıra endirər

01 Oktyabr 2026 - 14:30
Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

Mourinyodan Ronaldo ilə bağlı xoşagəlməz açıqlama

01 Oktyabr 2026 - 14:14
Sabah Bakıya yağış yağacaq

Sabah Bakıya yağış yağacaq

01 Oktyabr 2026 - 14:07
Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

Tramp administrasiyası dövründə nə qədər viza ləğv edilib?

01 Oktyabr 2026 - 14:00
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların SAYI

01 Oktyabr 2026 - 13:51
Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

Millətlər Liqası: bu gün 8 matç baş tutacaq

01 Oktyabr 2026 - 13:42
Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

Azərbaycanda qadın prokurorların sayı artır – RƏQƏMLƏR

01 Oktyabr 2026 - 13:30
Azərbaycanda yeni agentlik yaradıldı

Azərbaycanda yeni agentlik yaradıldı

01 Oktyabr 2026 - 13:18
Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

Azərbaycanın müdafiə sənayesi yeni imkanlara yol açır

01 Oktyabr 2026 - 13:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.