"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qərb mediası Moskvanın Ankaraya uduzacağını yazır

13 Dekabr 2015 - 16:04
in XƏBƏR LENTİ
FacebookVatsap
Qərb mediası Moskvanın Ankaraya uduzacağını yazır
FOCUS dərgisi Ankaraya savaş açmaqla Putinin öz sonunu gətirdiyini bildirir
“Rusiya ilə Türkiyə arasında konflikt artıq çoxdandır diplomatik problem həddini aşıb. Yavaş-yavaş dünya “prezident Putin hansı kursu seçəcək” sualı üzərində düşünməyə başlayıb. Bu durum Putin üçün daxili siyasi problemə də çevrilə bilər. Çünki Rusiyadakı dünyəvi gəncliyin bir hissəsi dünyada Rusiya haqqında nə düşünürlər məsələsini diqqətlə izləməkdədir”.
Bu sözlər Andreas Umlandın ünlü FOCUS dərgisinin son sayında çap olunan “Sonun başlanğıcı? Türkiyə ilə konflikt Putinin ziyanınadır” məqaləsindəndir.
Müəllif yazır ki, iki ölkə arasında yaranan uçaq krizi uzun illərin əməkdaşlığını yox edib:“2015-ci ilin noyabrında Türkiyə hava məkanını pozan Rusiya bombardmançı uçağını vurdu. Bundan sonra baş verənlər göstərir ki, olay Ankara ilə Moskva arasında diplomatik toqquşma olmaqdan çıxıb. Kreml artıq Türkiyə şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tətbiq edir. Böyük ehtimalla bundan sonra bu iki əsas Avrasiya dövləti uzun illər davam edən dostluq və əməkdaşlıq münasibətlərinə yenidən baxacaq.
Amma yenə də İŞİD-ə qarşı Rusiya və Türkiyənin içərisində olduğu koalisiya qurulması mümkündür. Uçaq krizi Rusiya-Türkiyə münasibətlərində ciddi soyuqluq yaratsa belə, bu koalisiyanın geopolitik dəyərini hər iki ölkə anlayır.
O da faktdır ki, Rusiyanın beynəlxalq imici getdikcə pisləşir. Türkiyə ilə konflikt Rusiyanın daxilində də bir sıra gərginliklər yaratmaqdadır. Onsuz da buna qədər Kremlin başı daxildəki ciddi iqtisadiyyat və təhlükəsizlik məsələlərinə qarışmışdı. İndi durum lap pisləşir. İndi Ankara ilə gərginlik Putin rejiminin sabitliyini də təhdid altına qoyur.
Suriya-Türkiyə sərhədində baş verən iki ölkənin qısa hərbi toqquşması Rusiyanın NATO-ya üzv ölkə ilə ilk rəsmi silahlı toqquşmasıdır. Ancaq haqqında danışılan fakt Rusiyanın yalnız Qərbdə deyil, digər ölkələrdəki imicini də ciddi şəkildə zədələyib. Siyasi hakimiyyətdən fərqli olaraq Moskva elitası bu məsələyə yanaşmasında dünyaya özünü proqressiv tərəf kimi göstərdi. Sözsüz, hakimiyyətin diktəsi altında işləyən media Rusiya-Türkiyə gərginliyini əhaliyə Kremlin rakursundan göstərib və bu təbliğat davam edir. Ancaq bir çox rus aydını məsələyə obyektiv mövqedən baxa və fikirlərini topluma çatdıra bilib. Rusiya hakimiyyətindəki manipulyatorlardan fərqli olaraq Rusiyanın aydın elitası, iş adamları, təhsilli gəncliyi Moskvanın xarici dövlətlərə qarşı döyüşkən addımlarını alternativ informasiya qaynaqlarından öyrənə və beynəlxalq siyasət açısından dəyərləndirməyi bacarıb.
Ölkənin imperiyapərəst, radikal anti-Qərbçi kəsimi isə prezident Vladimir Putini əvvəlkindən daha çox müdafiə edir. Bu kəsimə aid xeyli sayda həvəskar tarixçi son konfliktin köklərini Rusiya ilə Osmanlı arasında dəfələrlə savaşa səbəb olmuş 800 illik səbəblərə bağlayır.
Rusiya ilk dəfədir gerçəkdən də güclü rəqibə qarşı çıxıb. Ölkənin sağlam düşünə bilən şəhər əhalisi, orta təbəqəsi durumu fərq edir. Yəqin ki, Rusiya aydınlarının bir hissəsi Rusiyanın Gürcüstana, Ukraynaya, Suriya müxalifətinə hərbi müdaxiləsindən yumşaq desək, məyusdurlar. Bir məsələni də vurğulamaqda fayda var – indiyə qədər Rusiyanın üzərinə getdiyi ölkələr geopolitik zəiflər olub. Qərb onlara simpatiya duysa da müdafiələrini təşkil etməyi vacib saymayıb.
Türkiyəyə gəlincə, orada durum başqadır. Aydındır ki, bundan sonra Rusiya ilə Türkiyə arasında silahlı insident olmayacaq. Ancaq uçaq krizi Ankara ilə Moskva arasında dərin və uzunmüddətli siyasi gərginliyə, davamlı diplomatik toqquşmalara, iqtisadi, elmi, mədəni sahələrdə sonu görünməyən repressiyalara səbəb ola bilər. Ən pis halda Rusiya ilə Türkiyə Suriyada və başqa ölkələrdə bir sıra hərbi və digər xarakterli konfliktlərdə sonu bilinməz rəqiblərə çevrilə bilərlər.
Türkiyənin siyasi, iqtisadi, hərbi sanbalı var. Türkiyə həm Qara dəniz, həm də Aralıq dənizi hövzəsində önəmli rola sahibdir. Ankaranın Moskva üçün böyük önəmi olan postsovet müsəlman dövlətləri, xalqları və etnik qrupları ilə çox sıx əlaqələri var. Bu coğrafiya Krım tatarlarından başlayır, Volqaboyu daxil olmaqlar, Azərbaycanı və Mərkəzi Asiyada dövlətlərini əhatə edir.
Ankara müsəlman aləmində də böyük nüfuza sahibdir və Avropa Birliyinin İslam dünyasındakı ən yaxın tərəfdaşıdır. Son gərginliyə qədər Türkiyə Rusiya üçün çox önəmli ticarət və investisiya ortağı idi. İki ölkənin enerji sahəsindəki işbirliyi hətta geoiqtisadi önəm daşıyırdı. Rusiya ilə Türkiyə arasında işlək olan və planlaşdırılan qaz kəmərlərinin taleyi sadəcə Moskva ilə Ankara üçün deyil, Brüsseli üçün də önəmlidir.
Türkiyənin NATO-nun uzunmüddətli və önəmli üzvü olmasının da bu məsələyə təsiri az deyil. Rusiyanın Gürcüstana, Ukraynaya və Suriyaya hərbi müdaxilələri avantüralı olsalar da Moskva üçün daha az riskli idilər. Kremlin Türkiyə ilə açıq-aşkar beynəlxalq toqquşma səviyyəsində gərginlik yaratmaq istəyi Moskvanın odla oynamağa hazır olduğundan xəbər verir. Rusiya NATO ölkəsi ilə böyük konfliktə girişməklə həm də onu göstərir ki, Putin özünün beynəlxalq avantüralarının “stavkaları” və risklərini qaldırıb. Təhsil görmüş rusiyalılar bunu anlamaya bilməz.
Qırıcı ilə bağlı insident, onun ardınca  Moskvanın Ankaraya yönəlik ritorikasındakı və siyasətindəki eskalasiyalar Rusiyanın həm NATO məkanı, həm də İslam dünyası ilə münasibətlərini çökdürür. Bu ikiqat çökmə eyni zamanda Rusiyanın uzun müddətdir təbliğatını apardığı və Qərblə münasibətlərə alternativ kimi ortaya çıxarmaq istədiyi Çinlə yaxınlaşma məsələsindəki gerçəklikləri də üzə çıxarır.
Yaxın günlərə qədər Kreml mediası Çini Rusiyanın əvəzsiz tərəfdaşı kimi öyürdü. Ancaq son aylarda bəlli olub ki, Çinin Rusiya ilə sıx iqtisadi işbirliyi üçün potensialı o qədər də yüksək deyil. Bu o deməkdir ki, Türkiyə ilə konfliktə girişməsi Rusiyanın dünyadan təcridini daha da gücləndirir.
Merkel haqlı idi? Putin paralel dünyada yaşayır?
Bütün hallarda ya Türkiyə, ya da Suriya hava məkanında baş verən hərbi toqquşma və ondan doğan diplomatik və iqtisadi sonuclar Rusiyanın Qərbdə olan qalan tərəfdarlarının mövqeyini də getdikcə zəiflədir. NATO üzvü ilə kəllə-kəlləyə gəlməyi gözə alması Putin haqqında Almaniya kansleri Angela Merkelin 2014-cü ildə dediyi “o paralel dünyada yaşayır” fikrinin nə qədər əsaslı olduğunu da sübut edir. Rusiya dövlət başçısı hətta bir zamanlar rusiyapərəst olan almanlar üçün də getdikcə izahedilməz simaya çevrilir. Rusiya həddən artıq ölkədə – Qara dəniz, Baltik dənizi sahillərindən başlayaraq, Donbasa, Suriyaya, indi də Türkiyəyə qədər çox bölgədə son dərəcə şübhəli insidentlərə qarışıb.
Sadalanan səbəblər görə, beynəlxalq birliyin Kremlə durmadan artan inamsızlığı Rusiyanın təhsilli insanlarında narahatlıq yaratmaya bilməz. Doğrudur, Ankara ilə münasibətlərinin buz bağlaması yaxın gələcəkdə Putinin devrilməsinə səbəb olmayacaq. Ancaq onun xarici siyasətdə yol verdiyi hələlik son yanlışı Kreml liderinin sonunun başlanğıcını gətirə bilər”.

 

Bunu da oxuyun

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Previous Post

Qərb mediası Moskvanın Ankaraya uduzacağını yazır

Next Post

Rusiyada təyyarə qəzası, 4 nəfər ölüb

Bənzər yazılar

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə Elchi.az - a Məktəbəqədər...

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29

Fövqəladə Hallar Nazirliyi (FHN) əlverişsiz hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Bu barədə Elchi.az - a...

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Esvatini Krallığının müstəqillik gününü təbrik edib. Elchi.az xəbər verir ki, XİN bununla bağlı sosial şəbəkə...

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Next Post

Rusiyada təyyarə qəzası, 4 nəfər ölüb

Rusiyada təyyarə qəzası, 4 nəfər ölüb

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub

06 Sentyabr 2026 - 10:30
FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

FHN əhalini əlverişsiz hava şəraiti ilə bağlı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb

06 Sentyabr 2026 - 10:29
Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Esvatini Krallığını Milli Günü münasibətilə təbrik edib

06 Sentyabr 2026 - 10:27
Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

Müraciət etdiyiniz bütün qapılar üzünüzə bağlananda hara üz tutmaq olar ?

05 Sentyabr 2026 - 18:51
Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

Aİ: Hörmüz boğazında təhlükəsizlik üçün əlavə tədbirlər görməyə hazırıq

05 Sentyabr 2026 - 18:03
Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

05 Sentyabr 2026 - 17:30
MİQ imtahanlarına sərf olunan vəsait açıqlanıb

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı

05 Sentyabr 2026 - 16:59
Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

Qazaxıstanda Vitse-prezidentin vəzifələri müəyyənləşib

05 Sentyabr 2026 - 16:39
Putin qisas əmri verdi: Rusiya gəmiləri ələ keçirmə cəhdlərinə cavab verəcək

Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib

05 Sentyabr 2026 - 16:24
Bakıda və bölgələrdə külək güclənəcək

Bakıda və bir sıra bölgələrdə küləyin sürəti 28.4 m/san-dək güclənəcək – XƏBƏRDARLIQ

05 Sentyabr 2026 - 15:57
Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

Trampın nümayəndələri Moskvaya gəlib – YENİLƏNİB – FOTO

05 Sentyabr 2026 - 15:11
Rusiya Donetskdə bir kəndi ələ keçirib

Rusiya Donetskdə bir kəndi ələ keçirib

05 Sentyabr 2026 - 14:43
Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

Ötən gün qanunsuz saxlanılan qumbaraatan və digər silahlar aşkarlanıb

05 Sentyabr 2026 - 14:16
“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.