Qvatemalada prezident seçkilərinin ikinci turunda səsvermə başlayıb.
Elchi.az-ın verdiyi xəbərə görə, seçicilər ölkədə 3,4 mindən çox seçki məntəqəsində səs verəcək.
Seçki məntəqələri yerli vaxtla saat 18.00-da bağlanacaq.
Prezident postu uğrunda iyunun 25-də keçirilən birinci turda 15,7 faiz səs toplamış sağ mərkəzçi Milli Ümid Alyansı Partiyasının namizədi Sandra Torres və 11,8 faiz səs toplamış sol mərkəzçi Ailə Hərəkatının namizədi Bernardo Arevalo mübarizə aparır.





















Son şərhlər