BMT-nin Baş katibi Antoniu Quterreş İsveçin paytaxtı Stokholmda Qurana qarşı alçaldıcı davranışı pisləyib.
Elchi.az xəbər verir ki, bunu Təşkilat başçısının ofisi bildirib.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı müsəlmanların müqəddəs kitabı Quran yandırılıb.