Elchi.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres qlobal təsisatları “universal” və “bugünkü reallıqları əks etdirən” etmək üçün islahatlara çağırıb.
“Biz birləşməli və ümumi mənafe üçün birlikdə hərəkət etməliyik.”
Boş yerə vaxt qalmadığına dair xəbərdarlıq edən Quterreş, “G-20-yə sadə, lakin təcili bir mesajla gəlirəm: biz belə davam edə bilmərik. Ümumi mənafe üçün birləşməli və birlikdə hərəkət etməliyik”,- deyib.
Quterreş, həmçinin 2030-cu ilə qədər yoxsulluğun bütün formalarında aradan qaldırılmasına yönəlmiş universal proqram olan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün ildə 500 milyard dollar sərmayə qoymağa çağırıb.
Nuranə Məmmədova