İsveçdə Quranı yandıran danimarkalı ifrat sağçı siyasətçi Rasmus Paludandan yeni təhdidlərlə çıxış edib.
Elchi.az xarici mediaya istinadən bildirir ki, Paludan təxribatçı əməlindən sonra onu terrorçu adlandıran çeçenistanlı idmançı Həmzət Çimayevə cavab verib.
Sosial media hesabından açıqlama verən Paludan bildirib:
“Həmzətin təhqirinə cavab olaraq və bütün çeçenlərə xüsusi bir salam olaraq Rusiya səfirliyinin qarşısında kitablarını yandıra bilərəm”.
Paludan daha sonra verdiyi açıqlamada dəqiqədə 20 ölüm təhdidi aldığını bildirib.
Hadisə ilə bağlı İsveçdən ilk açıqlama xarici işlər naziri Tobias Billströmdən gəlib. Billström bildirib ki, İsveç geniş miqyasda ifadə azadlığına malikdir. Lakin o, iddia edib ki, bu, hökumətin Pauldanın atdığı addımı dəstəkləmək anlamına gəlmir.
Billstrom, “İslamofobik təxribatlar dəhşətlidir”,-deyə qeyd edib.
İsveçin Baş naziri Ulf Kristersson deyib: “İfadə azadlığı demokratiyanın əsas hissəsidir. Ancaq qanuni olan hər şey uyğun deyil. Çoxları üçün müqəddəs olan kitabları yandırmaq son dərəcə hörmətsizlikdir”.
Yeganə