"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Quranda Azərbaycanın adının çəkilməsi iddiasına etiraz

21 May 2015 - 18:12
in XƏBƏR LENTİ
FacebookVatsap

Quranda Azərbaycanın adının çəkilməsi iddiasına etiraz

Bunu da oxuyun

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

Namiq Babaxanov: “Bu cür iddiaları ciddi qəbul edə bilmərik”; Kövsər Tağıyev: “Quran sözlərindən belə mənalar çıxarmaq çox komik bir vəziyyət yaradır”

Quranda Azərbaycan adı keçməsi ilə bağlı daha bir iddia ortaya atılıb. Hazırda Misirdə yaşayan azərbaycanlı tədqiqatçı, Misir müftisinin köməkçisi işləmiş Seymur Nəsirov ATV-yə müsahibəsində bildirib ki, Quran-Kərimin Ğaşiyə surəsinin 16-cı ayəsində keçən söz Azərbaycanı nəzərdə tutur. Bu barədə iddianın müəllifi isə ərəb təfsirçi alimi İbn Aşurdur.
S.Nəsirovun sözlərinə görə, İbn Aşur “Təhrir və Tənvir” kitabında müqəddəs “Qurani-Kərim”də cənnətdən bəhs olunarkən Azərbaycan xalçasına eyham vurulur. Belə ki, İbn Aşur surədə cənnətin Azərbaycan xalçaları ilə döşəndiyi haqda məlumat verildiyini sübut edir.
Seymur Nəsirovun sözlərinə görə, müəllif Ğaşiyə surəsinin 16-cı ayəsini şərh edərkən yazır ki, burada işlənən “zərabiy” “zərbiyə” kəlməsinin cəmi olaraq, boyanmış, yumşaq yundan toxunmuş kilim və ya xalçadır. Xalçanı varlı və maddi imkanı yüksək olan insanların bəzək və üzərində oturmaq üçün yerə sərdiklərini yazan İbn Aşur “Zərbiyə” kəlməsinin ərəb dilinə xas inversiya olunmuş formada Buxara ölkələrindən olan Azərbaycana işarə edildiyi qənaətindədir. Seymur Nəsirov, “Zərbiyyə” kəlməsinin kar “z” samiti ilə işlənən “Əzribiyyə”yə işarə olduğunu yazan alimin “a” hərfinin silinməsinin tələffüzü asanlaşdırmaq üçün ərəb dilində geniş yayılmış fonetik praktika olduğuna diqqət çəkir. Alimin sözlərinə görə, ərəb dilinin fonetik quruluşu və qrammatikası baxımdan güclü dəlillər gətirən İbn Aşurun bu təfsiri ilə hamı hesablaşır. Digər tərəfdən, həqiqətən, Azərbaycanın qədim xalçaçılıq sənətinin dünyada şöhrət qazandığını və bu ənənələrin günümüzə qədər gəlib çıxdığını nəzərə alsaq, burada güclü əsasın olduğunu görmək olar.
S.Nəsirovun fikrincə, hədislərdə daha bir Azərbaycan sözünün işlənməsi Qurandakı bir ayənin izahı ilə bağlıdır: “Qurani-Kərim”də bir ayə var ki, siz onu oxusanız Allah sizə Savalan dağının üzərinə düşən hər bir damla qar qədər ədədi savab verəcək. Səhabələr soruşur ki, ya Rəsulallah, Savalan dağı hardadır? O da “Savalan dağı Azərbaycan tərəfindədir”, deyir. “O tərəflərdədir”. Azərbaycan adını Peyğəmbər sələvatullah zikr edir”.
Qeyd edək ki, bu iddia Azərbaycanda böyük maraqla qarşılanıb. Ancaq bu iddiaya mütəxəssislərin münasibəti birmənalı deyil. Doğrudur, bir sıra hədis və ayələrdə Azərbaycan ərazilərinə işarə var. Amma ilahiyyatçılara görə, Qurandan bu barədə məna çıxarmaq çatındır. İlahiyyatçı Namiq Babaxanov deyir ki, indi Azərbaycanda din mövzularda şərhlər o qədər geniş yayılıb ki, bəzən Quranın özü ilə zidd olan fikirlər tirajlanır, lakin həqiqi dini göstərişlər kənarda qalır: “Əlbəttə sevindirici haldır ki, insanlar Qurana müraciət edir və ondan arxa-dayaq tapmağa çalışır. Amma Quranda olmayan şeylərin də müqəddəs kitaba aid edilməsi doğru deyil. Konkret bu mövzuya gəlincə, bu günə qədər belə bir iddia olmayıb və Quran mütəxəssislərinin, təfsirçilərin belə bir iddiası ilə tanış deyiləm. Təbii ki, məşhur və nüfuzlu alimlərdən söhbət gedir.
Quran müqəddəs kitabımızdır və yer üzündə dəyişikliyə məruz qalmayan yeganə səmavi kitabdır. Qurandan hökmlər çıxarmaq üçün müvafiq elmləri dərindən bilmək lazımdır. Quranın açıq-aşkar bəyan edilən ayələrindən əlavə təfsirə ehtiyacı olan ayələri də var. Bu cür ayələri ya özündən sonrakı ayələr, bu olmadıqda isə Peyğəmbər (s.ə.s), imamlar (ə) və digər mötəbər din alimləri tərəfindən, yaxud da Quran mövzusunda dərin biliyə sahib olan insanlar vasitəsi ilə açıqlana bilər. Bütün bu söylədiyim mənbələrin heç birində bu barədə işarə yoxdur. Ona görə bu cür iddiaları ciddi qəbul edə bilmərik. Quranda kimin və ya nəyin haqqında işarə olub-olmaması məsələsi qədər önəmli olan Quranın buyruqlarına əməl etməkdir”.
N.Babaxan deyir ki, təfsirçilər bəzən bir ayənin və ya tarixi hadisəni bir neçə yerə işarə edirlər: “Məsələn, Əshabi Kəhf və ya Nuhun gəmisinin olduğu yer barədə, yəni ən mötəbər ərazi hara sayıla bilər kimi mövzularda təfsirçilərin ortaq rəyləri olur. Alimin iş odur ki, bütün versiyaları gözdən keçirib doğru qərar versin. Bəzən o versiyaların içərisində qeyri-dəqiq olanları da toplayırlar ki, alimin nə qədər əhatəli və dəqiq olduğu sübuta yetsin. Yəni alim bütün mümkün, ortada olan versiyaları qeyd edir ki, bildirsin ki, bütün ehtimallardan xəbərdardır. Ən sonda isə təbii ki, əsas versiyanı qeyd edərək sübuta yetirməyə çalışır. Yəni alimin qeyd etdiyi bütün versiyalar həqiqətə işarə deyil, əsas versiya mühümdür. Bir sıra hədislərdə Azərbaycana işarə haqda məlumatlıyam, ancaq Quranda Azərbaycanla bağlı işarələr haqda məlumatım yoxdur”.
Mərmərə Universitetində ilahiyyat üzrə təhsil alan Kövsər Tağıyev bildirir ki, bu kimi mövzular müsəlmanların Qurana baxışındakı ən əsas problemlərdən birinin nəticəsidir: ““Quranda hər şey var, bir ayənin əlli mənası var. Kristal kimi haradan baxsan fərqli bir rəngdə görünür”, kimi düşüncələr çoxdan ortaya çıxsa da, modern zamanda daha da populyarlaşıb. Quran sözlərindən belə mənalar çıxarmaq çox komik bir vəziyyət yaradır. Seyid Kərim Bakuvi də “Əshabur-ress” kəlməsini açıqlayarkən onların azərbaycanlılar olduğunu deyir. Ona görə “Ress” Araz çayıdır. Yəni Araz çayının ətrafında yaşayanlar”.
K.Tağıyevin fikrincə, Quranda gedən sözlərdən bu cür sözlər, tapıntılar çıxarmaq mümkündür: “Ancaq bu sadəcə Qurana xas bir şey deyil. Bu dilin bir xüsusiyyətidir. İstənilən bir kitabdan belə mənalar çıxarda bilərik. Xülasə, Quranın Peyğəmbər (s.ə.s) dönəmindəki nəsnəl (obyektiv, təsdiqlənə bilən, yoxlanıla bilən) anlamını və ona dair araşdırmaları bir tərəfə buraxıb, çox subyektiv və keyfi mənalar çıxartmağa yönələndə ortaya belə qeyri-elmi nəticələr çıxır. Quranın ilk qavrayanlar ondan hansı mənanı başa düşüblərsə, Quranın dediyi odur”.

 

Previous Post

Quranda Azərbaycanın adının çəkilməsi iddiasına etiraz

Next Post

“Hafiz Hacıyev dəlidir, ona nə deyim?” – Abutalıbovdan CAVAB

Bənzər yazılar

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03

Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib. Elchi.az xəbər verir ki, bu barədə...

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən "Zirə" futbol klubunun U-15, U-16, U-17 və U-19 komandaları üçün maarifləndirici seminar təşkil edilib....

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53

İsrailin xarici işlər naziri Gideon Saar Şərqi Qüdsdəki Britaniya konsulluğunun bağlanması barədə qərarı ləğv etməsə, Böyük Britaniya İsrailin 27 diplomatını...

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48

Hörmüz boğazında mayeləşdirilmiş qaz (LPG) daşıyan gəmi hədəfə alınıb. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, Hörmüz boğazının daxilinə doğru hərəkət...

Next Post

“Hafiz Hacıyev dəlidir, ona nə deyim?” – Abutalıbovdan CAVAB

“Hafiz Hacıyev dəlidir, ona nə deyim?” – Abutalıbovdan CAVAB

Son xəbərlər

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

Zelenski: Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarının da olduğu Türkiyə gəmisini dronla vurub

05 Oktyabr 2026 - 20:03
AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.