"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Quli”nin yenidən həbs edilməsi real deyil – VƏKİLDƏN AÇIQLAMA

19 Dekabr 2017 - 17:40
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun beynəlxalq axtarışa verilməsi günün əsas mövzularından biri oldu. Rusiyanın “Rosbalt” agentliyi hüquq-mühafizə orqanlarına istinad edərək xəbər verib ki, N.Səlifov Moskvada adam oğurluğu və hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilir. O, qiyabi olaraq Rusiya Federasiyası Cinayət Məcəlləsinin 126 və 163-cü maddələri ilə ittiham olunur. İşin bununla yekunlaşmayacağı barədə də xüsusi eyhamlar var. Eyni mənbə bildirib ki, “Lotu Quli”yə qarşı daha bir ağır maddə (mütəşəkkil cinayətkar qruplaşmanın yaradılması) üzrə ittiham elan ediləcək.

Bəs bu ittihamların elan edilməsi üçün istintaqın əlində hansı əsaslar var, bu cinayət işinin başlanmasını zəruri edən amillər hansılardı? Məsələnin bu tərəfi ilə bağlı hələ ki, heç bir rəsmi cavab yoxdur. Lakin yayılan ilkin məlumatlarda qeyd edilir ki, artıq istintaq tərəfi Səlifovun barəsində qiyabi həbs qərarının çıxarılması üçün Moskvanın Presnensk rayon məhkəməsi qarşısında vəsatət qaldırıb. Və bu vəsatət təmin olunub. O, beynəlxalq axtarışa verilib. İkinci maraqlı məqam da elə bu hissə ilə bağlıdır. Beynəlxalq axtarışı həyata keçirən orqanın – İnterpolun rəsmi internet səhifəsində Gürcüstan vətəndaşı olan Nadir Səlifov barəsində heç bir qeyd tapmadıq. Doğrudur, Səlifovun adının orada olmaması onun axtarışa verilməməsinin tam sübutu deyil. Lakin bu fakt ehtimalları xeyli gücləndirir.

Elchi.az  xəbər verir ki, Lent.az ortaya çıxan bu suallara uzun müddət Nadir Səlifovun vəkili olmuş Kamandar Nəsibovdan cavab almağa çalışıb. Onların hazırda da münasibətlərinin yaxşı olduğu qeyd edilir.

Vəkil deyir ki, bu iş tamamilə quramadır: “Onun hazırda axtarışa verilib yenidən həbs edilməsi real deyil. Hətta inanın ki, onun axtarışı ilə bağlı İnterpolun rəsmi səhifəsində xüsusi qeyd olsaydı belə, bu, nəticəsiz bir məsələdir”.

Maraqlıdır, Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi kimi ciddi qurumun belə bir addımı atmaqda məqsədi nə ola bilər?

Vəkilin sözlərinə görə, Rusiyanın müvafiq qurumlarının bu cür hərəkətləri İnterpolun özündə də normal qarşılanmır: ““Quli”nin hər hansı cinayəti haqda onlarda sübut yoxdur. Bu, yalnız İstintaq Komitəsinin istəyi ola bilər. İstək isə hələ hər şey demək deyil. Fikrimcə, bu xəbərin yayılmasında məqsəd onun kriminal aləmdə artan nüfuzu ilə bağlıdır”.

Başqa bir məqam. Mövcud prosessual qaydalara görə, cinayət işi açılırsa, əvvəlcə cinayətdə şübhəli bilinən şəxs dindirilməli, ona rəsmi sorğu göndərilməli idi. Nadir Səlifovun isə son 20 ildən artıq müddəti cəzaçəkmə müəssisəsində keçirdiyini hamı bilir. Bəs istintaq orqanı onun saxlanıldığı cəzaçəkmə müəssisəsinə hər hansı bir sorğu ilə müraciət edibmi?

Kamandar Nəsibov konkret “yox” cavabını verdi: “Hər hansı əsas olsaydı, bunu asanlıqla edə bilərdilər. Çünki Rusiya ilə bizim ölkə arasında hüquqi əməkdaşlığa dair müqavilə var. O ki qaldı qiyabi ittihamın elan edilməsinə, Rusiyanın qanunvericiliyində belə bir hal var. Yəni nəzəri cəhətdən. Amma onların bu müraciəti üçün də mütləq əllərində əsas, sübut, şahid ifadələri və sair olmalıydı”.

N.Səlifovun mütəşəkkil cinayətkar dəstə yaratması ilə bağlı ittihamlara gəlincə, vəkil deyir ki, hətta belə bir şey olsaydı da, onu sübut etmək üçün dəstə üzvləri hesab edilən insanlar istintaqa cəlb edilməli, dindirilməli və ona qarşı olan bu ifadələrdə ciddi sübutlar olmalıydı”.

Bəs Türkiyə tərəfi Səlifovu Rusiyaya verəcəkmi? Ümumiyyətlə, Türkiyə və Rusiya arasında hüquqi yardıma dair əməkdaşlıq müqaviləsi varmı?

Kamandar Nəsibov deyir ki, ümumiyyətlə, ortada belə bir cinayət işinin olub-olmaması barədə nə N.Səlifovda, nə də onun vəkillərində rəsmi məlumat yoxdur: “Olsa belə, inanmıram Türkiyə “Quli”ni Rusiyaya versin”.

Rusiya mətbuatına bu barədə məlumat sızdıran mənbə isə deyib ki, “Lotu Quli”yə qarşı bu tədbir onun hətta Türkiyə ərazisindən belə Rusiyanı nəzarətdə saxlamasıdı. Qeyd edilir ki, o, Rusiyada özünü “bir nömrəli qanuni oğru” kimi aparır, hər yerdə öz adamlarını, “smotryaşilərini” təyin edir.

Rusiyanın “Prime Crime” portalında isə belə bir xəbər var ki, “Lotu Quli” 2015-ci ilin dekabrında Kamal Quliyev adlı biznesmenin oğurlanmasını təşkil etməkdə günahlandırılır. Azad olunması üçün 10 milyon avro tələb edilən K.Quliyev sonradan girovluqdan qaça bilib. O səbəbdən də, ehtimal olunur ki, məhz həmin şəxs Səlifovun azadlığa çıxması ərəfəsində istintaqla sövdələşməyə girib.

Bütün bunlar hələ ki, versiya olaraq qalır. Ən doğru məlumatı vəkillər cinayət işinin materialları ilə tanış olduqdan sonra açıqlaya bilərlər.

Previous Post

“Quli”nin yenidən həbs edilməsi real deyil – VƏKİLDƏN AÇIQLAMA

Next Post

Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı

Bənzər yazılar

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38

Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək. Elchi.az xəbər verir ki, bu barədə “Bakı...

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10

Avqustun 15-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə...

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37

Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib. Bu barədə...

Next Post

Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı

Azərbaycanda baş verən zəlzələlərin sayı açıqlandı

Son xəbərlər

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55
Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38
Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

Bakıda külək əsir, bir sıra rayonlarda yağış yağır – FAKTİKİ HAVA

15 Avqust 2026 - 12:10
İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

İmişlidə 10 kiloqram narkotik vasitə aşkarlandı

15 Avqust 2026 - 11:50
Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

Azərbaycan XİN Konqo hökumətini Milli Günü münasibətilə təbrik etdi

15 Avqust 2026 - 11:28
Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

Bakıda mağaza uçdu: bir nəfər dağıntılar altından çıxarıldı – VİDEO

15 Avqust 2026 - 11:12
“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

“Barselona” ilə anlaşan Rodri “Mançester Siti” ilə məşqlərə çıxmayacaq

15 Avqust 2026 - 10:55
FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

FHN hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi

15 Avqust 2026 - 10:37
Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

15 Avqust 2026 - 10:18
Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

Bu gündən metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti dayandırılıb – VİDEO

15 Avqust 2026 - 10:00
Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.