“Bakının kəndlərində insanlar kiminsə evində oturur, oyunlar oynayırlar. Bundan qazanc da götürmürlər, kim uduzur, kimsə udur”.
Bunu bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu və Gənclər və idman komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.
Q. Həsənquliyev bildirib ki, bu cür oyunları qumar oyunu kimi qiymətləndirmək məsələsinə yenidən baxmaq lazımdır: “Bu da həmin oyunların ictimai mənəviyyat əleyhinə cinayət kimi qiymətləndirilməsi deməkdir. Ona görə də bu qanun layihəsinə yenidən baxmaq lazımdır”.
Sabah Azərbaycanda güclü külək əsəcək – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək. Elchi.az xəbər verir ki,...





















Son şərhlər