Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə olunub. Layihə İKT sahəsində çalışanlara vergi güzəştlərinin tətbiqini nəzərdə tutur.
Deputat Qüdrət Həsənquliyev söz alaraq bildirdi ki, kütləvi şəkildə vergi güzəştlərinin tətbiqinin əleyhinədir. Onun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, çox qazanan daha çox vergi ödəyir, bizdə sanki bunun əks prosesi gedir. Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycanda vergilərdən azad olma ilə bağlı elə güzşətlər tətbiq olunur ki, büdcəyə çatmalı olan təqribən 7-8 milyardlıq büdcədən kənarda qalır: “Özü də bu tendensiya davam edir. Onda bidcəyə kim pul verməlidir, 300-500 maaş alanlarmı?”
Q.Həsənquliyev qanun layihəsinə qarşı çıxdı: “Mən bunun əleyhinəyəm və həmkarlarımı da əleyhinə olmağa çağırıram. Təklif edirəm ki, ikinci oxunuşa qədər qanun layihəsi icra hakimiyyəti orqanları ilə müzakirə olunsun və yenidən müzakirəyə çıxarılsın”.