"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyev Tofiq Yaqublunun əfv olunması üçün Prezidentə müraciət etdi

04 Sentyabr 2020 - 10:51
in MANŞET, SİYASƏT
FacebookVatsap

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:– Qüdrət bəy, dünən Tofiq Yaqubluya 4 il 3 ay azadlıqdan məhrumetmə növündə cəza təyin olundu və o cəzanı ədalətsiz hesab edərək ölüm aclığına başlayıb. Bu məsələ barədə Sizin də fikirlərinizi bilmək istərdik.
– İlk öncə onu qeyd etmək istəyirəm ki, Tofiq Yaqublu siyasi məsələlər barədə nə qədər çox və nə qədər  sərt danışsa da cəmiyyət onu siyasətçidən daha çox döyüşçü kimi tanıyır və ona olan müəyyən hörmət də daha çox torpaqlarımız uğrunda döyüşüb yaralanmasına görədir. Onun barəsində həbs qətimkan tədbiri seçiləndə də söyləmişdim ki, bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarekterindən sui-istifadə edib, bu ailənin iztirabları üzərində alçaqcasına siyasət qururlar. Özlərinin həbs olunacağına kiçicik təhlükə yarandığını hiss edən kimi siyasətdən, partiya sədrliyindən imtina etməyə hazır olduqlarını bəyan edənlər Tofiq Yaqublunu daha təmkinli olmağa çağırmaq əvəzinə hər zaman qızışdırdılar ki, Tofiq bəy çox cəsurdur, dönməzdir, həbsdən qorxmur və s. Həbsdən öncə onun gərginlik keçirdiyi açıq hiss olunurdu. Özünün yersiz radikallığını və üzə düşdüyünü başa düşsə  də xarakteri və ətrafı ona geri çəkilməyə imkan vermirdi. Bu onun əsəblərinə də təsir edirdi və o bir çox hallarda sübut edə bilməyəcəyi əsassız ittihamlara və təhqirlərə yol verir, qırmızı xətti keçirdi. Hesab edirəm ki, Tofiq bəyin başına gələnlərdən gənc siyasətçilər və onu hər gün efirə çağırıb radikallığa təhrik etməklə bu həddə gətirib çıxarmış vicdansızlar da nəticə çıxarmalıdırlar. Rəhmətlik Elçibəydən soruşulanda ki, niyə onun demokratik cəmiyyət qurmaq istiqamətindəki fəaliyyəti uğursuzluğa düçür oldu, deyərdi ki, elə məsələlər var ki, onun həlli zamana bağlıdır. Kimsə hakimiyyətə gəlmək üçün tələsirsə, yaxud tapşırıq yerinə yetirirsə, buna görə başqalarının həyatını təhlükə altına atmamalıdır.
Mən Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm  ki, T.Yaqublunun ailəsinin  çox acılar yaşamasını  və onun  torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul etsin. Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm  Prezidentin belə qərarı olarsa xalqımız da bunu alqışlayardı.– Qüdrət bəy, bir məsələyə də münasibətinizi bilmək istərdik. Prezident İlham Əliyevin və İranın dini lideri Əli Xameneyinin Türkiyəyə açıq dəstək ifadə etməsini necə qarşıladınız?
– İlham Əliyev Azərbaycan xalqının və dövlətinin iradəsini ifadə edərək  Yunanıstan səfiri ilə görüşdə belə  bir açıqlama ilə çıxış edəndə çox səmimi idi. Prezident islami dəyərlərə bağlılıqda da Xamneyi ilə müqayisə oluna bilməz və daha vicdanlıdır. Amma bu fikri İrana aid etmək olmaz. İranın islam təəssübkeşliyi saxtadır və islam dini molla rejimi tərəfindən sadəcə siyasi məqsədlər üçün istismar olunur. Xamneyinin Birləşmiş Ərəb Əmirliklərini  tənqid etməsi islam təəssübkeşliyindən qaynaqlanmır və  siyasi maraqlarla bağlıdır. Bu belə deyilsə və Xamneyi bunu səmimi edibsə və Türkiyəni müdafə edəcəkləri barədə verdiyi sözünün arxasında duracaqsa alqışlayıram. Amma buna necə inanmaq olar? İran bir milyon müsəlmanı ev-eşiyindən didərgin salmış, müsəlman torpaqlarını işğal etmiş, islam abidələrini dağıtmış  Ermənistanla əlaqələrini gündən günə genişləndirir. Bir ay öncə Azərbaycana Tovuz istiqamətindən  Ermənistanın növbəti hücumu zamanı İran öz ərazisini  Ermənistana silah daşınması üçün ruslara istifadəyə vermişdi. Baxmayaraq ki, Azərbaycan öz ərazisindən İrana qaşı istifadə olunmasına heç vaxt imkan verməyib. İranın xoşbəxt gələcəyi Azərbaycan və Türkiyə ilə səmimi münasibətlərdən çox asılıdır. Ona görə də İran bizə və islami dəyərlərə xəyanət yolundan imtina etməli, işğal olunmuş torpaqlarımızın azad olunması üçün Ermənistanı dəstəkləməkdən çəkinməlidir.

Bunu da oxuyun

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Previous Post

Qüdrət Həsənquliyev Tofiq Yaqublunun əfv olunması üçün Prezidentə müraciət etdi

Next Post

Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər

Bənzər yazılar

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyasının rəsmi olaraq elan edilməzdən aylar əvvəl başlamış ola biləcəyini açıqladı. Mütəxəssislər...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08

Azərbaycanın Bəhreynə təyin olunmuş səfiri Cavidan Hüseynov etimadnaməsinin surətini Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid əl-Zəyaniyə təqdim edib. Elchi.az...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim etdi

03 İyun 2026 - 19:10

Bu gün tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri...

Next Post
Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər

Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər

Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər

Sentyabrın 14-dən metronun fəaliyyəti bərpa oluna bilər

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.