"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Qüdrət Həsənquliyev: Qələbə uğrunda mübarizə aparacağıq

20 Dekabr 2023 - 13:50
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına musahibə verib.

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

“Avropa diri-diri yeyilir” – Tramp

Elchi.az sözügedən müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, İlham Əliyevin alternativsiz seçkilərə getməsi barədə deyənlərə münasibətinizi bilmək istərdik?

– Bu fikrləri həm İlham Əliyevdən dəstək istəyənlər səsləndirir, həm də seçkini gözdən salıb ölkənin beynəlxalq imicini korlamaq, seçkinin legitimliyini şübhə altına almaq istəyənlər. Vaxtilə özünü müxalifət, ölkənin gələcəyini düşünüən “böyük siyasətçilər” kimi xalqımıza sırımağa cəhd etmiş adamlar da bəlli səbəbdən seçkiyə qatıla bilmədikləri üçün deyirlər ki, İlham Əliyevə səs verəcəklər. Başqa vaxt br çox problemlərin müxalifətin zəifliyindən qaynaqladığın söyləyirlər. Gözəl başa düşürlər ki, İlham Əliyevin onların dəstəyinə ehtiyacı yoxdur. Təsəvvür edək ki, İlham Əliyev bu seçkilərdə 99,99% səs alır. Seçkidən sonra onun qəbul etdiyi hansı qərara etiraz edəcəksən? Bu xalq və ölkə haqqında dünya nə fikirləşəcək?Onsuz da Azərbaycanda BMT nəzarətində dünyanın ən ideal, ədalətli seçkiləri keçirilsə belə fəaliyyətdə olan istənilən prezidenti udmaq müşkül məsələdir, o ki, qalmışdı işğala son qoymuş Ali Baş Komandanı. Diqqət yetirmisinizsə, hər hansı məclisə varlı bir insan gəlir, çoxlu adam onunla eyni imkanlara malik, eyni taleni bölüşən birisi ilə yox, həmin şəxsin yanında oturmaq istəyir. Bilə-bilə ki, həmin adam ona bir manat da verməyəcək. Yaxud insanları incidən yaramaz bir məmur olsun. Bu xalqın inkişaf səviyyəsinə, gen yaddaşına bağlı məsələdir. Mentaliteti dəyişmək üçün uzun zamana ehtiyac var. Ona görə siyasi baxımdan hazırlıqlı seçicilər qutu başına gələndə ölkəmizdə köklü dəyişikliklərə yol açacaq ciddi islahatlar aparacağına, seçkilərdən sonra konkret hansı müddətə nəyi dəyişəcəyini vəd edən namizədlərə səs vermək barədə düşünməlidir. Bu günə qədər namizədliyini irəli sürmüş şəxslərin hər biri layiqli rəqibdir, ölkəmizi təmsil etməyə qadirdirlər. Seçkilərin də siyasi etikanın gözlənilməsi ilə rəqabət şəraitində keçəcəyinə inanıram.

– Sizləri ən çox ona görə ittiham edirlər ki, 44 günlük savaş və 19 sentyabr antiterror tədbirlərindən zamanı Prezidenti xeyli tərifləmisiniz, onun daxili və xarici siyasətini bəyəndiyinizi elan etmisiniz, amma indi ona alternativ olaraq seçkiyə qatılırsınız.

– Bunların xəstə məntiqi ilə müxalifətsənsə hər şeyi pisləməli, iqtidarı düşmən elan etməlisən. Biz dövlət müstəqilliyini bərpa etmişdik, işğala son qoyub dövlət suverenliyini Qarabağda bərpa edəndən sonra partiyamızın adında qarşıdurma kimi assosiasiya oluna biləcək “cəbhə” sözü olduğu üçün partiyanın adının dəyişdirilməsi, yeni çağırışlara uyğun səslənən “Ədalət, Hüquq, Demokratiya”, qısa ƏHD adlandırılması barədə İdarə Heyətində qərar qəbul etdik.
İlham Əliyevin liderliyi ilə 44 günlük savaşda xalqımız erməni faşizmi üzərində misilsiz bir qələbəyə imza atıb.:Bəyənatlar qələbə ilə bağlı prezidentin atdığı addımlarla bağlı olub. Mən parlamentdə onun adının əbədiləşdirilməsi barədə qanun qəbul edilməsini təklif etmişdim. Xalq mənə etimad göstərərsə seçkilərdən dərhal sonra parlamentə ilk göndərəcəyim qanun layihələrindən biri bu barədə, digəri Xankəndi üzərundə dövlət suverenliyinin bərpası ilə əlaqədar böyük amnistiya aktı haqqında qərar layihəsi olacaq. Çoxları hələ də tam dərk edə bilmir ki, biz nəyə nail olmuşuq. Çünki böyük uğuru az itkilərlə və qısa müddətə əldə etmişik. İlham Əliyev Azərbaycan tarixinin ən şanlı səhifələrindən birini yazıb. Biz inqilabçı partiya deyilik, təkamül yolu ilə inkişafın tərəfdarıyıq, keçmişə həmişə hörmətlə yanaşacağıq. Amma mənim fəaliyyətimi izləyənlər bilir ki, BAXCP yarandığı gündən dövlət hakimiyyətinin formalaşdırılması və idarə olunmasının fərqli modelini təklif edir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisiyik və ölkəmizin sürətli inkişafı üçün dövlət idarəetməsində gələcəyimizi parlamentli respublika modelinin tətbiqində görürük. Konstitusiya islahatlarına gediləcək, dövlətin adı Şimali Azərbaycan Cümhiriyyəti adlanacaq, müxlifətin rolu ,parlamentdə fraksiyaların təmin edilməsi, Ali Məclisin yeni yaradılacaq “hüquq, müdafiə və təhlükəsizlik komitəsi”ndə böyük ictimai rezonanas doğuran cinayət xarakterli məsələlərlə bağlı istintaq aparılması konstitusiyada öz əksini tapacaqdır. Məmurların sayını azaltmaq və yerli rəhbərlərin əhali qarşısında hesabatlılığını təmin etmək üçün ölkə 15 inzibati ərazi vahidinə-regiona bölünəcək, regionların yerli sakinlər tərəfindən seçilən 31 nəfərdən ibarət məclisləri olacaq və regon rəhbərləri həmin məclisdə seçiləcək. Demokratiyanı dünyaya yaymış bütün Qərbi Avropa ölkələri bu modeldən istifadə edərək böyük uğurlara imza atıb, inkişafa nail olub. Biz qanunun aliliyini təmin edəcək, insan haqlarını qoruyacaq, mülkiyyətə təminat verəcək güclü və ədalətli məhkəmə hakimiyyəti üçün məhkəmələrdə andlı iclasçılar institutunu tətbiq edəcəyik. Məhkəmədə çəkişən tərəflərdən kimin haqlı olmasını hakim yox, xalqın arasından seçiləcək 12 nəfər sadə vətəndaş (andlı iclasçılar ) müəyyən edəcək. Ədliyyə Naziri və Baş Prokuror vəzifələri birləşdiriləcək,vahid “dövlət istintaq komitəsi” formalaşdırırlacaq. Biz dövlətin nəzarətində olan iqtisadiyyatın əsas sahələrini, universitetləri, səhiyyə müəssiələrini özəlləşdirəcək, iqtisadiyyatda rəqabət mühiti yaradacaq, inhisarçılığa son qoyacağıq. Yaxın qonşularla sıx əməkdaşlıq siyasəti apararaq Dünya Ticarət Təşkilatına, regional iqtisadi birliklərə qoşulacağıq. Dövlət Neft Fondunun vəsaitlərinin əhəmiyyətli hissəsini yerli banklarda yerləşdirəcəyik ki,sahibkarların ucuz kreditlərə çıxışı olsun. Sərhədləri açacaq, ölkəni xarici investisiyalar üçün cəlbedici edəcəyik. Böyük sosial islahatlar həyata keçiriləcək, orta yaşın 73 olduğunu nəzərə alıb qadınlar üçün pensiya yaşı 59-a, kişilər üçün 61-ə endiriləcək. Pensiyaların minimum həddi orta aylıq əmək haqqının 80%-dən az olmayacaq. Uşaqlara `uşaq pulu` deyilən aylıq müavinətlər veriləcək. Müqavilə əsasında peşəkar ordu qurulacaq,çağırış yaşına çatmış oğlanlar ya orduya hərbi xidmət keçmədiyi üçün pul ödəyəcək,ya da 6 ay hərbi xidmət keçəcək. Peşəkar hərbçilər məcburi 20 il xidmət keçəcəkdir. Büdcədən maliyyələşən şəxslərin əmək haqqı əhəmiyyətli məbləğdə artırılacaq, çünki aparılacaq islahatlar nəticəsində büdcə gəlirləri dəfələrlə artacaq. Təhlükəsizlik sahəsində Türkiyə, Rusiya, Pakistan və İsrail ilə yaxından əməkdaşlıq edəcək ,türk dövlətləri ilə yaxınlaşma siyasəti davam etdiriləcək. Bu bizim seçki platformamızdan kiçik tezislərdir. Kim deyirsə ki, seçki alternativsiz olacaq, ciddi şəkildə yanılır, kimin nə danışmasından asılı olmayaraq, biz qələbə uğrunda mübarizə aparacağıq.

– Bu gün Respublika Həmkarlar İttifaqları Konfederasiyası İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi ilə bağlı qərar qəbul edib. Bu qərara münasibətiniz necədir?

– Həmkarlar İttifaqları haqqında qanunun birinci maddəsinə görə, həmkarlar ittifaqları qeyri-siyasi təşkilatlardır. Bu baxımdan, belə bir qərarın qəbul olunması qanuna ziddir və qəbuledilməzdir.

Previous Post

Qüdrət Həsənquliyev: Qələbə uğrunda mübarizə aparacağıq

Next Post

BMT İranla bağlı bu qətnaməni qəbul etdi

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

Putindən Qərbə Kalininqrad xəbərdarlığı: “Bütün silahlardan istifadə etməyə hazırıq”

02 Oktyabr 2026 - 11:13

Rusiya Prezidenti Vladimir Putin Qərbi münaqişəni gərginləşdirməməyə çağıraraq bəyan edib ki, Rusiyanın Baltikyanı bölgəsi olan Kalininqrad hücuma məruz qalacağı təqdirdə,...

Next Post
BMT İranla bağlı bu qətnaməni qəbul etdi

BMT İranla bağlı bu qətnaməni qəbul etdi

BMT İranla bağlı bu qətnaməni qəbul etdi

BMT İranla bağlı bu qətnaməni qəbul etdi

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.