Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın nəzarət təftiş komissiyasının üzvü Əşrəf Abdullayevi 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Əşrəf bəy! Sizi, yubileyiniz münasibətilə təbrik edirəm!
Siz, istər dövlət orqanlarında çalışdığınız müddətdə, istərsə də siyasi fəaliyyətinizdə dövlətçilik və xalqımız qarşısında xüsusi xidmətlər göstərmisiniz.
Siyasi fəaliyyətinizdə daim birlik və bərabərlik tərəfdarı olmuş və bunu praktiki olaraq sübut etmisiniz.
Bu, eyni zamanda sizin xarakterinizin, bütöv və əqidəli şəxsiyyət olduğunuzun göstəricisidir.
Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayıram!”.
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı
Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...





















