"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMA: “Ceyhun Bayramov Lavrova bunu deməli idi”

01 Mart 2023 - 19:53
in MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Ceyhun Bayramov deməliydi ki, Rusiya sazişin digər bəndlərinin yerinə yetirilməsində də belə “prinsipiallıq” nümayiş etdirməlidir və sülhməramlıların Qarabağda qalma müddəti uzadılmayacaq”

Bunu da oxuyun

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Elchi.az Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin “Xalq cəbhəsi” qəzetinə müsahibəsini təqdim edir:

– Qüdrət bəy, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfərini necə qiymətləndirirsiniz? Onun Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qiymətləndirilməyən fikirlərinə münasibətiniz necədir?

– Ermənistanla Azərbaycan ararsında düşmənçiliyə son qoyulması və sülh sazişinin imzalanması daha çox Rusiyadan asılıdır. Rusiya ilə münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran və tərəfləri narahat edən məsələlərin müzakirəsi baxımından belə səfərlərin əhəmiyyəti böyükdür. Səfərin ictimaiyyətə açıqlanan hissəsindən isə bəlli oldu ki, Rusiya Qarabağı öz nəzarətində saxlamaq istəyir və bizə Laçında dövlət sərhəddini, Qarabağ üzərində dövlət suverenliyini bərpa etməyə imkan vermək, 10 noyabr 2020-ci il sazişi üzrə Ermənistanın öhdəliklərini yerinə yetirməsi üçün ona təsir və təzyiq etmək fikrindən çox uzaqdır.

– Belə vəziyyətdə rəsmi Bakı nə etməlidir?

– Rusiyada kimin hakimiyyətdə olmasından asılı olmayaraq, çalışmalıyıq ki, münasibətlərimiz inkişaf etsin. Rusiya bizim üçün vaz keçilməsi mümkün olmayan ölkədir. Sadəcə, məhz indi, Sergey Lavrov deyəndə ki, sərhəd-keçid məntəqəsinin yaradılmasına 10 noyabr razılaşmasına görə yol vermək olmaz, Ceyhun Bayramov deməliydi ki, Rusiya sazişin digər bəndlərinin yerinə yetirilməsində də belə “prinsipiallıq” nümayiş etdirməlidir və sülhməramlıların Qarabağda qalma müddəti uzadılmayacaq. Bu, sülh prosesinə ciddi töfhə vermiş olar, hər kəsi düşünməyə məcbur edərdi. Bəzən tərəf müqabilin səndən utanmadığı kimi, sən də gərək ondan utanıb-çəkinməyəsən, xüsusilə, dövlət maraqlarından söhbət getdiyi zaman. Elə-belə demirlər ki, örtülü bazar dostluğu pozar.

– Sizcə, ekofəalların aksiyasının sonu necə olacaq?

– Aksiyanın bir ayı tamam olanda bəyan etmişdik ki, aksiya hədəfinə çatıb və dayandırılmalıdır. Azərbaycan dövləti Ermənistanın saziş üzrə öhdəliklərini yerinə yetirmədiyi üçün sazişin qüvvədən düşdüyünü elan etməli, Laçında dövlət sərhəddini bərpa etməlidir. Ermənistan 1994-cü il “Atəşkəs haqqında Bişkek protokolu”ndan da sui-istifadə edib torpaqlarımızı işğal altında saxlayırdı. Yox, hökumət 10 noyabr sazişindən imtina etməyimizi mümkünsüz sayırsa, xalqla bu barədə açıq danışılmalıdır.

– Rusiya niyə ekoloqların tələblərini yerinə yetirmir?

– Çünki bilirlər ki, aksiyanın davam etməsi Azərbaycanın ermənipərəst Qərblə münasibətlərini gərginləşdirəcək. Eyni zamanda Qarabağda kimin söz sahibi olduğunu, Azərbaycan dövlətinin “çarəsiz” durumda olmasını hər kəsə nümayiş etdirəcək. Həm də düşünürlər ki, xalqımızda özünəinamsızlıq və daxildə gərginlik yarada bilərlər. Qarabağda gərginlik həm də Makronu və ermənipərəst bir çoxunu Putinə pişiklənməyə vadar edir.

– Ukraynadakı hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

– Qərb bu savaşda Ukraynanın bir neçə gün ərzində işğal olunacağını gözləyirdi, amma Zelenskinin Qərbin təzyiqlərinə rəğmən ölkədən qaçmaması və Ukrayna xalqının, ordusunun dirənişi hər şeyi dəyişdi. İndi Ukraynaya güclü silahlar ona görə vermirlər ki, Rusiyanın məğlubiyyətindən, bir çoxları da Rusiyanın agentləri olmalarının açıqlanacağından qorxurlar. Rusiyanın böyük qələbəsinə imkan verməməyə çalışsalar da, sonda Ukraynanı lazım olan qədər silah-sursat verməməklə taqətdən salıb güzəştlərə məcbur edəcəklər. Öz xalqlarına isə deyəcəklər ki, Ukraynaya filan məbləğdə yardım etdik, filan qədər silah verdik və s. Amma həmin silahları bu gün qəsdən az-az verirlər. Müharibədə çox şeyi liderlər həll edir. Qərbdə Putinin qarşısında dayana biləcək güclü lider yoxdur. Putin onların hamısının gözünün odunu alıb, bəzilərinə də pul verib seçkilərdə qələbəsini təmin edib. Tökülüb gedən, nə istədiyini özü də bilməyən qocalar, yaxud bəzi qadınlar kimi əzilib-büzülən “lider”lər Putinin qarşısında dayana bilmədi. Müharibə də buna görə davam edir.

Previous Post

Qüdrət Həsənquliyevdən SENSASİON AÇIQLAMA: “Ceyhun Bayramov Lavrova bunu deməli idi”

Next Post

Əhaliyə XƏBƏRDARLIQ: İnanmayın!

Bənzər yazılar

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

Tramp: “İran rəhbərliyinə qarşı addımlarda uzağa getdik”

13 Oktyabr 2026 - 16:48

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İrandakı əməliyyatda həddindən artıq irəli getmiş ola biləcəyini, çünki administrasiyanın kiminlə qarşı-qarşıya olduğunu anlamadığını bəyan...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb

12 Oktyabr 2026 - 21:05

Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş geyim tələblərinin icra vəziyyətinin öyrənilməsi...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post
Əhaliyə XƏBƏRDARLIQ: İnanmayın!

Əhaliyə XƏBƏRDARLIQ: İnanmayın!

Əhaliyə XƏBƏRDARLIQ: İnanmayın!

Əhaliyə XƏBƏRDARLIQ: İnanmayın!

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.