"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qüdrət Həsənquliyevdən Hacıbala Abutalıbova sərt sözlər

14 Sentyabr 2017 - 17:35
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

<font color=red><b>Qüdrət Həsənquliyevdən Hacıbala Abutalıbova sərt sözlər</b></font>

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Qüdrət Həsənquliyev: “Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır?”

“Mən o vaxt demişdim ki, cəmiyyətdə çox az adam Mehman Əliyevin jurnalist fəaliyyəti, yaxud vergidən yayınmağa görə həbs olunduğuna inanır. İndi də cəmiyyətdə çox az adam inanır ki, doğrudan da kafe adının ”26″ olmasına görə bağlanıb, yaxud orda qızlar yarıçılpaq vəziyyətdə rəqs ediblər”.
BAXC sədri, deputat Qüdrət Həsənquliyev bu fikirləri “Yeni Müsavat”a açıqlamasında deyib. Partiya rəhbəri Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müdaxiləsindən sonra mentalitetə zidd fəaliyyətdə ittiham olunaraq fəaliyyəti dayandırılan kafe ilə bağlı gedən müzakirələr barədə danışarkən bunları bildirib: “Əvvəla, yarıçılpaq vəziyyətdə rəqs eləmək biabırçı bir şey idisə, yalnız kluba gedən 50-60 müştəri ona baxırdısa, bunlar cəmiyyətdən dəstək almaq üçün o lenti götürüb bütün Azərbaycan xalqına nümayiş etdirdilər, balaca uşaqlardan tutmuş, qadınlara qədər hamı baxdı. Deməli, burada mənəvi məsələdən çox özünə haqq qazandırmaqdan söhbət gedir. Yox, başqa məsələyə görə o kafe bağlanırdısa, onda bu barədə də ictimaiyyətə normal məlumat verilməliydi. Əgər kafe təcili bağlanmalıydısa belə, bu, qanunlar çərçivəsində və kimlərisə şərləmədən həll olunmalı idi”.
Q.Həsənquliyev H.Abutalıbovla Yazıçılar Birliyinin rəhbərliyi arasında gedən söz davasına da reaksiya verib: “Bizim hörmətli yazıçılara münasibətdə isə abırlı olmaq lazım idi. Çünki onlar ən azından iqtidara ciddi dəstək verən insanlardır. Bilirsiniz, AXC iqtidarının süquta uğramasının əsas səbəblərindən biri də o oldu ki, dedilər Akademiya bağlanmalıdır, universitet müəllimlərinin maaşlarını kifayət qədər qaldırmadan test imtahanları tətbiq olundu və ziyalıların böyük qismi iqtidarın əleyhinə kampaniya aparmağa başladı. Ən ağır qanun pozuntusu şəxsiyyət əleyhinə cinayətdir, xüsusilə də insanın qətlə yetirilməsi. Hətta adam öldürəni də məhkəmə qaydasında cəzalandırırlar, sivil ölkədə gedib onu linç eləmirlər ki. Yaxud məsələn, ”o, sənin atının gözünü çıxarıb, sən də get onun atının gözünü çıxar” formasında məsələlər həll olunmur. Əgər hesab olunubsa ki, yazıçılar tərəfindən də hansısa yanlışlıqlar olub, bu, onların diqqətinə çatdırıla bilərdi, onların üstünə bu formada getmək lazım deyildi”.
Deputat bildirib ki, cəza tətbiqi üçün məhkəmə var: “Yoxsa o formada maşınla camaatın əmlakını daşıyıb-aparmaq… Bir müddət öncə Milli Məclisdə mən çıxışımda da demişdim, bir sahibkarın hotelini vurub uçurmuşdular, hətta içəridəki avadanlıqlar çıxarılmamışdı. Yəni bu cür hadisələr bütünlüklə ona gətirib çıxarır ki, insanlar Azərbaycana investisiya yatırmaqdan qorxurlar. Qorxurlar ki, məhkəmənin qəbul etməli olduğu qərarı məmur qəbul edəcək. İstənilən vaxt durub məhkəmə qərarı olmadan deyəcək ki, ”sənin əmlakını mən uçurduram”, yaxud götürüb gedirəm. Buna görə də Azərbaycanın özündə investisiya qoyuluşuna ehtiyac olduğu halda, azərbaycanlılar görun, Gürcüstan, Rusiya, Ukrayna, Türkiyəyə nə qədər investisiya yatırırlar. Hətta bəzi insanlar burada qazandıqları pulu da başqa ölkələrə investisiya kimi yatırır, burada biznesi genişləndirmirlər. Bunun səbəbi də insanlarda mülkiyyətin toxunulmazlığı ilə bağlı qorxunun olmasıdır”.
Deputat belə halların aradan qaldırılması üçün atılmalı addımlar barədə də danışıb: “Məhkəmə hakimiyyəti gücləndirilməlidir. Bu sahədə də mütləq islahatlar aparılmalıdır. Yəni Azərbaycana investisiya qoyan hər bir yerli və xarici sahibkar bilməlidir ki, onun əmlakı ciddi şəkildə qorunur və ona qarşı hər hansı qəsdin qarşısı məhkəmə qaydasında alınacaq. Özü də o cür qızların oynaması Bakıdakı əksər gecə barlarında var. Yaxud qəlyan elanı əksər kafelərdə var. Əgər bunun qarşısını almaq lazımdırsa, bu da qanunvericilik qaydasında tənzimlənməlidir. Sahibkar istəsə, o qəlyanı təkcə qızlar üçün yox, hamı üçün pulsuz elan edə bilər. Bu, Azərbaycan mənəviyyatına ziddir deyə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimdir ki, gedib kafe bağlayır? Bizim qanunlar hansısa qadına qəlyan çəkməyi qadağan edirmi? İndi insanlar başlayacaq ki, Qüdrət Həsənquliyev deyir, bəs qadınlara pulsuz qəlyan verilməlidir. Mən ona görə deyirəm ki, demokratik cəmiyyətin insanını yaratmaq lazımdır ki, onlar sabah o formada üstümüzə gəlməsinlər”.
Q.Həsənquliyev də hesab edir ki, ola bilsin, milli dəyərlərlə bağlı qanunlardakı boşluqların doldurulmasına zərurət var: “Məsələn, mən Malayziyada olmuşdum. Orada müsəlmanların kazinoya girişi qadağan idi. Yaxud Tehranda müsəlmanlara içki qadağandır – düzdür, əksəriyyət içir – amma ermənilərə içki qadağan deyil. İndi də turist Azərbaycana gəlib hansısa kafedə qəlyan çəkəcəksə, çəksin. Biz onsuz da qadınların içki içməyinə, siqaret çəkməsinə də pis baxmışıq. Onda bunu onlara qadağan edək. Amma bu məsələlər cəmiyyətdə ciddi müzakirə olunmalı və qanunvericilik qaydasında tənzimlənməlidir. Yoxsa mən hesab edirəm ki, qadın qəlyan çəkməməlidir və orada qəlyan çəkirlərsə, mən bu kafeni bağlayıram… Bu düşüncə ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olmaq, sözün doğrusu, utancdır. Onun bu əməlinə hüquqi qiymət verilməlidir. Hüquq-mühafizə orqanları bu məsələyə də öz münasibətini bildirməlidir ki, Azərbaycana investisiya yatırmaq istəyən şəxslər bu tipli hadisələrdən qorxmasınlar. Belə hadisələr təkcə Bakı şəhərində baş vermir. Bölgələrdə abadlıq adı altında sahibkarların nə qədər obyektləri sökülür və lazımi səviyyədə kompensasiya verilmir, insanlar uzun illər məhkəmə qapısında qalırlar, çox böyük əzab-əziyyətlə üzləşirlər. O obyektlər bir çox insanların ailəsinin yeganə dolanışıq yeri olur, söhbət ”26″ kafesindən getmir. 3-4 məmur vətəndaşın əmlakını dağıtdığına görə cəzalanmalıdır ki, bir nəticə olsun… Heç bir motiv, heç bir bəhanə vətəndaşın obyektini qanunsuz sökməyə haqq qazandıra bilməz. Bu addımı atanların əməlinə, başda Hacıbala olmaqla ciddi şəkildə hüquqi qiymət verilməlidir. Bunun qarşısı alınmasa, vəziyyəti köklü şəkildə dəyişmək mümkün olmayacaq”.
Deputatın fikirləri ilə əlaqədar, ümumiyyətlə, son zamanlar Yazıçılar Birliyinin ünvanlı tənqid və ittihamları ilə bağlı H.Abutalıbovdan münasibət öyrənmək istəyimiz isə baş tutmadı. Bakı şəhərinin meri israrlı telefon zənglərimizə cavab vermədi. İstənilən halda, Hacıbala müəllimə son hadisələrlə bağlı qəzetimizdə tribuna verməyə hazırıq.

Previous Post

Qüdrət Həsənquliyevdən Hacıbala Abutalıbova sərt sözlər

Next Post

“Mənim heç nəyə ehtiyacım yoxdur” – Allahşükür Paşazadə

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post

“Mənim heç nəyə ehtiyacım yoxdur” - Allahşükür Paşazadə

“Mənim heç nəyə ehtiyacım yoxdur” - Allahşükür Paşazadə

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.