"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Qubadlıda nəyim qaldı?

17 Avqust 2014 - 15:06
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Arzu Şirinovaarzu shirinova yeni 56464

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…


İkinci yazı

21 il olacaq ki, Qubadlı rayonunun Mahmudlu kəndində qonşu olduğumuz insanlarla o yerlərdən çox-çox uzaqlarda görüşürəm. Etiraf etməliyəm-şəhərin qəlibə salınmış həyatı məni qonşularımdan uzaqlaşdırıb, soyuqlaşdırıb və artıq yadlaşmaq mərhələsi başlayıb. Bir sözlə, onlarla yasdan-yasa, toydan-toya görüşürük. Görüşəndə də söhbətləşməyə imkan düşən kimi 21 il bundan əvvəlki günlərə qayıdırıq. Sanki saflaşırıq, ürəyimiz cavanlaşır, bir-birimizə nə qədər doğma olduğumuzu anlayırıq. Həmin doğma insanların-qonşularımızın bir çoxu dünyalarını dəyişib, həyatda qalanların da zatən ruhları ölüb, o yerlərin həsrətini yaşamaqdan beziblər…
…Bütün kəndlər kimi Mahmudlu kəndi də, həm də məhəllələrlə tanınırdı. Evimiz mollalı məhəlləsində yerləşirdi. Dörd bir tərəfimizdə müxtəlif xasiyyətli olsalar da, insan kimi insan qonşularımız vardı. Elə başlayım Vahid dayı və Məlahət xaladan. Evləri bizim bağın sağ tərəfindəydi. Evimiz hündürdə olduğundan tut ağacının budaqları onların damına dəyirdi. Hər ikisi ideal ailə başçısıydı. Kimsə onların bir-birilə kobud danışdıqlarının şahidi olmamışdı.
Məlahət xala məni qızları Səidədən, Həsibədən, Ofelyadan və bircə oğlu Təyyardan ayırmıyıb. Qərib anama bacı olub, qayğısını çəkib, oğlunu itirən atamın hər zaman hörmətini saxlayıb, bu zavallıların bütün dərdlərinə məlhəm olmağa çalışıb.
Bir müddət əvvəl eşitdim ki, xəstələnib, yanına getdim. Məni görəndə sevindi. Öz balası kimi boynumu qucaqlayıb üzümdən-gözümdən öpdü: “Bala nə yaxşı gəldin, elə bil gedib kəndi ziyarət elədim”. Bir azdan sonra qızları da gəldi, bütün ailə bir yerə toplaşdı. Sözümüz-söhbətimiz hər zaman olduğu kimi yenə də Mahmudlu kəndində keçirdiyimiz o xoş və əvəzi olmayacaq günlərdən idi…
…Məlahət xala ali təhsil almasa da, çox ali təhsillilərdən və ziyalılardan layiqliydi-övladlarına verdiyi tərbiyə ilə, davranışıyla və yüksək insani keyfiyyətiylə. Mübaliğəsiz deyə bilərəm ki, Məlahət xala Mahmudlu kəndində bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən xanımlardanıydı. Məlahət xala hər zaman ailəsinin qayğısını çəkən və bu yükün bir qismini də çiyinlərində daşıyan Azərbaycan qadını, cəmiyyət üçün layiqli, əxlaqlı övlad yetişdirən gözəl ana, altı qardaşa həm də ana nəvazişi göstərən ipək xasiyyətli bir bacı, dara düşənin əlindən tutmağı bacaran qonşu və çoxlarına örnək olan qaynana idi. Məlahət xalanın evinə ayaq basan hər bir kəs özünü bu evdə yad hiss etməzdi. Çünki Məlahət xala buna imkan verməzdi. Onun evinə ayaq basan adamı Məlahət xala ac yola salmazdı. Bu qadın həsəd aparılacaq qədər təmizkar idi. Kənddə bəlkə də çox qadınlardan erkən oyanıb həyat-bacanı süpürüb səliqəyə salar, birinci mərtəbədə olan işlərini nizamlayıb sonra rahatlıq tapardı. Məlahət xalanın böyük qızı Səidə ilə bir sinifdə oxuyurdum. Hər ikimiz yaxşı yuxa yayırdıq. Anamla Məlahət xala erkən durub onların evində xəmir yoğurar, kündə hazırlayıb, sacın altına od vurandan, bir sözlə, hər şeyi nizamlayandan sonra bizi yuxudan oyadırdılar. Həmin gün sanki bizim üçün yorucu iş deyil, toy-bayram olurdu. Çünki Məlahət xalanın bizi əzizləməyi, qayğısı yorğunluğumuzu çıxarırdı. Ürəyimizdən nə keçirdisə bişirib bizə yedizdirərdi.
…Rayon işğal olunmamışdan bir neçə il əvvəl evlərində yenidənqurma işləri aparmışdılar. Oğluna toy eləməyə hazırlaşırdılar. Ancaq min bir əziyyətlə qurub-yaratdığı həmin evə gəlin gətirmək qisməti olmadı. Oğlunu məcburi həyat yaşayaraq evləndirdi. Sumqayıtda məskunlaşdıqları ev də həmişə qonaqlı-qaralı olardı. Məlahət xala eyni düzəni müvəqqəti yaşadığı bu evə də gətirmişdi.
…Qardaşlarının vaxtsız vəfatı Məlahət xalanın qamətini əysədə, qürurunu sındırmamışdı. Bir neçə il bundan əvvəl bu qürurlu və ismətli Azərbaycan qadınını Mahmudlu camaatı son mənzilə yola saldı. Mənim valideynlərim kimi Məlahət xala da el-oba, torpaq həsərti çəkərək dünyasını dəyişdi. İli başa çatmamış isə həyat yoldaşı-Vahid dayı bu dünyadan köç elədi. Bütün kənd danışırdı ki, Vahid dayı xanımının həsrətinə dözməyib…
…Bizim evin düz qarşısında növbəti cütlüyün-Asif dayı və Qəmər xalanın evi vardı. Bu ailə səsli-küylü idi. Bir qonaqları gələndə az qala bütün kənd bilirdi. Ailəlikcə şən idilər. Mehriban olmaları da öz yerində. Hələ kəndimiz işğal olmamışdan bir neçə il əvvəldən Qəmər xala sağalmaz xəstəliyə tutuldu və 50 yaşı haqlamamış dünyadan köçdü. Asif dayı isə məcburi köçkün kimi həyatla vidalaşdı. Onun ölümünü tezləşdirən bəlkə də böyük qızı Rozanın cavan yaşlarında dünyasını dəyişməsiydi…
…Evimizdən yuxarıda, çəpər qonşumuz Şəkil xala qızı və oğlanlayırla yaşayırdılar. Həyat yoldaşı Eldar dayını vaxtsız torpağa tapşırdığındanmı, yoxsa nədənsə Şəkil xalanı mən həm də bu evin kişisi kimi görürdüm. Xasiyyəti də getdikcə dəyişirdi-kobudlaşırdı, sərtləşirdi. Kəndimiz işğal olunmamışdan xeyli əvvəl şəhərə köçdülər və gəlib-getmədikləri üçün evləri xarabazarlığı xatırladırdı…
İki il bundan əvvəl qızı Kəmaləni gördüm, o günləri xatırlayıb doyunca dərdləşdik. Şəkil xalanı soruşdum, dedi ki, kənd üçün yamanca darıxıb…
…Bizdən sol tərəfdə Müseyib dayı və Sitarə xala beş oğlu ilə yaşayırdı. Çox tərbiyəli, mərifətli, böyük-kiçik yeri bilən oğul böyüdürdülər. Bu cütlüyün qızları olmadığından Sitarə xala hər işə oğlanlarını buyururdu. Və onlar bir dəfə də olsun analarına “bunu bacarmaram” sözlərini eşitdirməzdilər. Bəlkə də ürəklərində narazı qalsalar da, bunu büruzə verməzdilər. Çünki bilirdilər ki, anaları həm işləyir, həm də evin bütün ağırlığı onun çiyinlərindədir. Sitarə xala yuxa bişirdiyi gün qonşularından kimin imkanı olurdu ona köməyə gələrdilər. Yuxa bişirilib qurtaranda isə Sitarə xala əvvəlcədən yığıb hazırladığı göyərtidən sacın üstündə kətə bişirərdi. Məhlənin uşaqları kətə qoxusunu alıb Sitarə xalanı dövrəyə alardılar. Hər kəsə çatardı, bu kətədən. Sanki Sitarə xala əvvəlcədən gələn qonaqlarının sayını hesablamışdı. Hələ üstəlik uşaqlar samovar çayına da qonaq edilirdi. Bax beləcə bütün gün boyu akasya ağacının altında Sitarə xala bişirdiyi yuxalardan və kətələrdən məhlə uzaqlarını yedizdirər, “suvabı bəsimdir”, deyib verənə şükür edərdi. Sitarə xala da məcburi köçkün kimi dünyasını dəyişdi…
… Etiraf edim ki, şəhərin qəlibə salınmış həyatı məni qonşularımdan uzaqlaşdırıb, soyuqlaşdırıb və artıq yadlaşmaq mərhələsi başlayıb. Bir sözlə, onlarla yasdan-yasa, toydan-toya görüşürük. Görüşəndə də söhbətləşməyə imkan düşən kimi 21 il bundan əvvəlki günlərə qayıdırıq. Sanki saflaşırıq, ürəyimiz cavanlaşır, bir-birimizə nə qədər doğma olduğumuzu anlayırıq…
…Bəli, mənim Qubadlıda həm də saf, təmiz qonşularımla əvəzi bir daha olmayacaq günlərim qaldı…

Previous Post

Qubadlıda nəyim qaldı?

Next Post

Odundan möcüzə yaradan azərbaycanlı (FOTO)

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Odundan möcüzə yaradan azərbaycanlı (FOTO)

Odundan möcüzə yaradan azərbaycanlı (FOTO)

Son xəbərlər

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşüb

29 Sentyabr 2026 - 20:57
Rusiya neft emalı zavodlarını məxfiləşdirir

Rusiya neft emalı zavodlarını məxfiləşdirir

29 Sentyabr 2026 - 20:28
Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

29 Sentyabr 2026 - 20:16
Lənkəran rayonunda zəlzələ olub

Lənkəran rayonunda zəlzələ olub

29 Sentyabr 2026 - 20:13
Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

Şahin Mustafayev İran Prezidenti ilə görüşüb

29 Sentyabr 2026 - 20:10
Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

Prezidentlikdən istefa verən Vuçiç “ofisiant” oldu

29 Sentyabr 2026 - 20:00
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri: Azərbaycan suverenliyini və ərazi bütövlüyünü qorumağın mümkün olduğunu göstərib

29 Sentyabr 2026 - 19:20
Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

Slovakiyanın müdafiə naziri Azərbaycana gəlib

29 Sentyabr 2026 - 18:56
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.