Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub, ölən var.
Elchi.az Report-a istinadən xəbər verir ki, hadisə oktyabrın 9-da rayonun Vaqif küçəsində qeydə alınıb.
Belə ki, Süleyman Məmmədov idarə etdiyi avtomobillə yolu keçən Günay Fərzəliyeva və onun iki azyaşlı övladını vurub. Nəticədə qadın hadisə yerində ölüb, uşaqlar isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Azərbaycan-Türkiyə-Gürcüstan komanda-qərargah təlimində tapşırıqlar icra olunub
Ölkəmizdə keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir. Bu barədə Elchi.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki,...




















Son şərhlər