"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Qubad İbadoğlu:”Neftin ucuzlaşmasından 9 milyard itirəcəyik”

08 Yanvar 2015 - 11:40
in İQTİSADİYYAT
FacebookVatsap
İqtisadçı-alim Qubad İbadoğlu dünya bazarında neftin qiymətinin düşməsi ilə əlaqədar dünyada gedən iqtisadi prosesləri təhlil edib vəimg1699561 sosial şəbəkədəki səhifəsində status paylaşıb.
Q.İbadoğlu yazır:
“Neftin qiymətinin ucuzlaşmasından ARDNF-nin itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər.
Dünən dünya bazarında qiymətinə görə Azəri Light neftinin anloqu olan UK Brent xam neftinin 1 barelinin qiyməti dünən 2005-ci ildən bəri ən aşağı səviyyəsinə (həmin il üzrə orta qiymət 54,38 ABŞ dollar/barel olub) düşdü. İlkin hesablamalara görə, 2014-cü ildə 1 barel UK Brent xam neftinin orta qiyməti 104,65 ABŞ dolları olub. ARDNŞ-nin açıqlamalarına görə, ötən ilin yanvar-dekabr aylarında BTC əsas ixrac boru kəməri vasitəsilə dünya bazarına 28 milyon 508 min 192 ton neft ötürülüb. Bu o deməkdir ki, BTC-nin orta günlük ixracı 491 min 278 barel təşkil edib. 1 barel neftin maya dəyərinin 12 ABŞ dollarına qədər, Azərbaycan dövlətinin mənfəət neftində payının 75 faiz və ötən il 1 barelin orta satış qiymətinin 104,65 ABŞ dollar olduğunu nəzərə alsaq. 2014-cü ildə hər gün dünya bazarında orta hesabla 51 milyon 412 min ABŞ dolları məbləğində Azərbaycan nefti satılıb ki, onun da 5 milyon 895 min ABŞ dolları məsrəfə gedib. Yerdə qalan ümumi mənfəət 45 milyon 516 min ABŞ dollar olub. Bölüşdürülən zaman Azərbaycan dövlətinin payı 75 faiz olduğundan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən il orta hesabla hər gündə 34 milyon 37 min, ayda 1 milyard 24 milyon, ildə isə 12 milyard 290 milyon ABŞ dolları qazanıb.
Bu il Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat ötən ilki səviyyəsində qalarsa, dünya bazarında UK Brent xam neftinin 1 barelinin qiyməti 2015-ci ildə pis ssenarı üzrə orta hesabla 40 dollar olarsa ARDNF 3 milyard 714 milyon, orta ssenari üzrə 50 dollar olarsa 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar olarsa 5 milyard 942 milyon ABŞ dollarlıq mənfəət neftinə sahib ola bilər. Bu isə o deməkdir ki, ötən illə müqayisədə ARDNF-nin gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa 9 milyard 116 milyon, 50 dollar olarsa 7 milyard 586 milyon, 60 dollar olarsa 6 milyard 348 milyon ABŞ dolları azala bilər. Yəni ARDNF-nin neftin qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər. Nəzərə alsaq ki, ARDNF-nin bu il ərzində yalnız dövlət büdcəsi qarşısında öhdəliyi 10 milyard 388 milyon manat və ya 13 milyard 233 milyon ABŞ dollarıdır, onda Fondun cari ildəki gəlirləri yalnız büdcəyə nəzərdə tutulan transferin pis halda 28 faizini, orta halda 35,5 faizini, yaxşı halda isə 47,9 faizini ödəyə bilər. Yerdə qalan vəsaitlərin maliyyələşdirilməsi üçün yeganə mənbə Fondun aktivləridir ki, onun da müxtəlif banklarıda və bazarlarda yerləşdirildiyini nəzərə alsaq, o halda ARDNF aktivlərinin idarəedilməsi siyasətində indidən dəyişikliklər aparmalıdır. Əks tədqirdə lazım olan sərbəst vəsaitin büdcəyə və digər strateji layihələrə yönəldilməsi vəsaitlərin idarəedilməsinə dair mövcud müqavilələrin pozulmasına və bu səbəbdən də əlavə cərimə və itkilərə səbəb ola bilər. Odur ki, təklif edirəm ki, ARDNF 2015-ci il üçün aktivlərinin idarəedilməsi siyasətində dəyişiklilkər aparmalı, sabitləşdirmə funksiyasını təmin edə biləcək vəsait mənbələri formalaşdmaldır ki, onun təyinatı üzərində istənilən zaman sərbəst sərəncam vermək imkanı yaransın”.

 

Bunu da oxuyun

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

“Fitch Solutions”: Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq

Özbəkistan Prezidenti 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib

Previous Post

Qubad İbadoğlu:”Neftin ucuzlaşmasından 9 milyard itirəcəyik”

Next Post

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

Bənzər yazılar

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

Qızılla təmin olunan fondlara rekord məbləğdə vəsait yatırılıb

08 Oktyabr 2026 - 16:15

Qlobal fiziki qızılla təmin olunan birjada ticarət olunan fondlara (ETF) sentyabr ayında 10 mlrd. ABŞ dolları vəsait daxil olub. Elchi.az...

“Fitch Solutions”: Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq

“Fitch Solutions”: Gələn il Azərbaycanda iqtisadi artım 3%-ə çatacaq

08 Oktyabr 2026 - 14:43

“Fitch Solutions” şirkətinin BMI araşdırma bölməsi Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,5%, 2027-ci ildə isə 3% təşkil edəcəyini proqnozlaşdırır. Elchi.az...

Özbəkistan Prezidenti 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib

Özbəkistan Prezidenti 2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsini təklif edib

08 Oktyabr 2026 - 11:51

2027-ci ildə “Mərkəzi Asiya–Azərbaycan” biznes forumunun keçirilməsi təklif olunub. Elchi.az verdiyi xəbərə görə, bu təklifi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Avazada...

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

08 Oktyabr 2026 - 09:57

Beynəlxalq Enerji Agentliyinə (IEA) üzv ölkələrin hökumətləri mart ayında qəbul edilmiş Birgə Fəaliyyət çərçivəsində elan olunan fövqəladə neft ehtiyatlarının (400...

Next Post

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçib

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.