“MAQATE-nin Zaporojye AES-də olması Kaxovskaya su elektrik stansiyasındakı vəziyyətlə əlaqədar gücləndiriləcək”.
Elchi.az Smotrim.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş direktoru Rafael Qrossi bildirib.
O, gələn həftə ZNPP-də agentlik ekspertlərini rotasiya etmək missiyasına şəxsən rəhbərlik etmək niyyətindədir.
Qrossi sosial şəbəkə hesabında yazıb:
“Kaxovskaya SES bəndinin dağıdılması ilə bağlı hadisələrə görə mən gələn həftə Zaporojye AES-ə dəstək üçün MAQATE missiyamızın növbəti rotasiyasına rəhbərlik edəcəyəm”.
O hesab edir ki, nüvə təhlükəsizliyi üçün həlledici məqam gəlib çatıb.
Yeganə