"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qrızda kənd turizmi brendinin yaradılmasına dair təlim keçirildi – FOTOLAR

27 Avqust 2025 - 20:07
in CƏMİYYƏT

ttt

FacebookVatsap

Quba rayonunun Qrız kəndində “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən “4 mövsüm Qrız” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Tədbir Dövlət Turizm Agentliyinin donorluğu ilə təşkil olunub. Təlimin əsas məqsədi Qrız kəndində turizm sahəsində qadınların rolunun artırılması, eləcə də yerli icma üzvlərinin turizm potensialından düzgün və davamlı şəkildə faydalanmasını təşviq etməkdir.

Bunu da oxuyun

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

Tədbir Qrız kənd sakinləri İlqar Yaqubov və Səkinə Yaqubovanın ev təsərrüfatında yaradılan yerli turizm xidmətləri nümunəsində təşkil olunub. Təlim iştirakçıları kənd turizminin inkişafı, yerli dəyərlərin və resursların tanıdılması, brendləşmə strategiyaları və təbiət-tarix sintezinin təqdimatı ilə tanış olublar. Tədbirdə layihə rəhbəri, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Quliyeva layihənin əsas məqsəd və istiqamətləri haqqında məlumat verib: “Biz bu layihə ilə göstərmək istəyirik ki, kəndlərdə, xüsusilə də dağlıq ərazilərdə yaşayan qadınlar turizmin əsas hərəkətverici qüvvəsinə çevrilə bilərlər. Qrız bu baxımdan mühüm nümunədir”.

Təlim iştirakçıları İlqar Yaqubov və Səkinə Yaqubovanın evində yaratdığı muzeydə olublar. İlqar Yaqubov çıxış edərək kənddə turizm xidmətlərinin yaradılmasının əhəmiyyətindən, Qrızın qədim kənd olmasını əks etdirən muzeyi necə yaratdıqlarından və turistlərin bu muzeyə olan marağından danışıb:

“Biz illərdir burda yaşayırıq, amma son vaxtlar gördük ki, kəndimizin təbiəti, mədəniyyəti turistləri cəlb edir. Ona görə də belə bir muzey yaradıb, onu tarixi əşyalarla zənginləşdirdik”. Səkinə Yaqubova isə vurğulayıb:”Əvvəllər ev işləri ilə kifayətlənirdik, amma indi qonaq qarşılamaq, yerli yeməklər hazırlamaq bizim üçün həm də gəlir mənbəyidir. Kəndə gələn turistləri evdə yaratdığımız muzeylə tanış edir, həm də onlara qonaqlama xidməti göstəririk”.

Daha sonra Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dosenti, turizm üzrə ekspert Vüqar Dərgahov tərəfindən təlim aparılıb. Təlimçi ekspert “Kənd turizmi brendinin yaradılması: Qrız – təbiət və tarixin harmoniyası” mövzusunda təqdimatla çıxış edib. Qadınlara kənd turizmi sahəsində fərqli xidmət formaları və onların brendləşdirilməsi barədə praktiki bilgilər verilib: “Qrız kəndi həm təbii gözəllikləri, həm də özünəməxsus tarixi ilə unikal bir məkandır. Bu dəyərləri qoruyaraq brend yaratmaq mümkündür. Əsas məsələ yerli icmanın bu prosesdə aktiv iştirak etməsidir”.

Qrız kəndinə haykinq turuna gələn amerikalı turist Blaque Saur da təlimdə iştirak edib, kənd turizmi haqqında fikirlərini iştirakçılarla bölüşüb. Qrız kəndi nümunəsində xarici qonaqların kənd turizmindən daha fəal istifadə etməsi üçün təkliflərini də səsləndirib. Bildirib ki, kənd və burada təklif olunan turizm xidmətləıri haqqında internet resurslarında daha geniş məlumat verilməsinə, qonaqlama yerlərinin, ictimai iaşə yerlərinin sayının artırılmasına və kənddə turistləri istiqamətləndirən lövhələrin quraşdırılmasına ehtiyac var. “Mən dünyanın bir çox ölkəsində olmuşam. Azərbaycanın təbiəti gözəl, insanları mehriban, mətbəxi çox dadlıdır. Qrız kəndi isə haykinq turu üçün möhtəşəm məkandır”, – deyə xarici turist əlavə edib. 

Təlimin sonunda iştirakçılar arasında müzakirələr təşkil olunub, qarşılıqlı fikir mübadiləsi aparılıb və kənd turizminin inkişafına dair təkliflər səsləndirilib.

 
 
 
 
 
Previous Post

Taksi sürücüsü olmaq istəyənlərin nəzərinə…

Next Post

“Qarabağ” – “Ferentsvaroş”: heyətlər açıqlandı

Bənzər yazılar

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25

Kürdəmir rayonunda yerləşən “Günəş” restoranında keçirilən toy məclisi zamanı baş verən zəhərlənmə hadisəsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin...

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən məlumata görə, oktyabrın 2-3-də Bakıda...

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil “Airbus A321neo” təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin...

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Bu barədə...

Next Post

"Qarabağ" - "Ferentsvaroş": heyətlər açıqlandı

Makrondan Netanyahuya ÇAĞIRIŞ

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 19:25
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb

01 Oktyabr 2026 - 19:12
Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

Niderland İraqda İŞİD-ə qarşı 12 illik hərbi missiyasını yekunlaşdırıb

01 Oktyabr 2026 - 19:00
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

01 Oktyabr 2026 - 18:52
“Bavariya” Noyerə alternativ axtarır

“Bavariya” Noyerə alternativ axtarır

01 Oktyabr 2026 - 18:44
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 18:31
Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.