Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan NATO üzv dövlətlərin daimi nümayəndələrinin müavinləri komitəsində görüş keçirib.
Elchi.az xəbər verir ki, bu barədə Qriqoryan özü məlumat yayıb.
O, 12-14 sentyabr sərhəd toqquşması haqda məlumat verdiyini bildirib və Bakını ittiham edib, Azərbaycan Ordusunun “geri çəkilməsi üçün” dünya birliyinin təzyiq göstərməli olduğundan bəhs edib.
Qriqoryan deyib ki, görüşdə NATO-Ermənistan əməkdaşlığı, müdafiə sahəsinin demokratik idarəedilməsi, Ermənistan demokratiyasına “xarici təhlükələr” ətrafında müzakirə aparılıb.
Qeyd edək ki, Ermənistan demokratiyası üçün “xarici təhlükə” deyəndə yalnız Rusiya nəzərdə tutulur. Çünki Ermənistanda əsas təsir rıçaqlarına Rusiya malikdir.
Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...





















Son şərhlər