Qriffits Sudana səfər edib

87

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin mətbuat katibi Stefan Düjarrik Sudanda sürətlə pisləşən humanitar böhranla əlaqədar Baş katib Antonio Quterreşin Fövqəladə Yardım Koordinatoru və Baş Katibin Humanitar Məsələlər üzrə müavini Martin Qriffitsi bu ölkəyə göndərdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Dujarrik verdiyi yazılı açıqlamada: “Sudanda humanitar böhranın sürətlə pisləşməsi səbəbindən Baş katib təcili yardım koordinatoru və baş katibin humanitar məsələlər üzrə köməkçisi Martin Griffithsi dərhal göndərir, vəziyyətin miqyası və sürəti həm Sudan xalqı, həm də bütövlükdə region üçün fövqəladə və uzunmüddətli narahatlıq doğurur” ifadələrdən istifadə edib.
Münaqişə tərəflərini mülki insanları və mülki infrastrukturu qorumağa çağırdıqlarını ifadə edən Dujarrik, “Münaqişə bölgələrindən qaçan mülki şəxsləri təhlükəsiz keçid təmin etməyə, yardım fəaliyyətlərinə kömək etməyə, humanitar işçilərə, mülki mülkə, tibb işçilərinə, nəqliyyata və mülki obyektlərə hörmət etməyə çağırırıq.” açıqlama verib.

Şayəstə Hüseynova