ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi “CIA”-ya yaxınlığına görə “Kölgə CIA” kimi tanınan RAND beyin mərkəzi ” Ukraynada müharibə riskinin yüksəlişini anlamaq” adlı hesabat dərc edib.
Elchi.az bu barədə “Haber Global”-a istinadən xəbər verir.
Yüzə yaxın analitik və keçmiş və fəal kəşfiyyatçının birgə hazırladığı hesabatda MKİ-nin Rusiya -Ukrayna müharibəsi ilə bağlı etdiyi ehtimallar və qiymətləndirmələr də yer alıb.
Qiymətləndirmədə hər iki döyüşən tərəfin böyük mülki, infrastruktur və hərbi itkilər verdiyi qeyd edilib, həm Rusiya, həm də Ukrayna müharibənin intensivliyini müəyyən səviyyədən yuxarı qaldırmamaqdan narahat olduğu iddia edilib. Təhlildə, müharibənin istədiyi nəticəni əldə etməməsi, Rusiya ordusunun qəfil dağılmasına yol açılacağı və ya daxili təhdidlərin artacağı təqdirdə Rusiya prezidenti Vladimir Putinin “nüvə silahından istifadə etməkdən çəkinməyəcəyi” iddia edilib.
Nuranə Məmmədova