ABŞ-ın Kaliforniya ştatında ölkə hüdudlarından kənara səyahət etməyən insanlarda 2 dang qızdırması halı qeydə alınıb.
Elchi.az xəbər verir ki, Pasadena şəhərinin Xalq Sağlamlığı İdarəsindən verilən açıqlamada, Pasadenada yaşayan bir şəxsin keçən ay dang qızdırmasına tutulduğu və xəstənin sağalma prosesinin davam etdiyi bildirilib.
Bu hadisə Kaliforniyada “səyahətlə əlaqəli olmayan ilk təsdiqlənmiş dang qızdırma hadisəsi” idi və “Birləşmiş Ştatlarda son dərəcə nadirdir” dedi.
İşi araşdıran səhiyyə işçiləri düşünürlər ki, səyahət edən və yoluxmuş bir şəxsi dişləyən ağcaqanad başqa bir yerli sakini dişləyərək xəstəliyi ötürmüşdür.
ABŞ-ın Kaliforniya ştatının Long Beach şəhərindəki səhiyyə departamentinin səlahiyyətliləri, səyahətlə əlaqəli olmayan başqa bir dang qızdırması hadisəsinin qeydə alındığını, lakin xəstənin sağaldığını açıqladı.
Səlahiyyətlilər xəstəliyin başqalarına keçmə riskinin az olduğunu bildirib.
Şayəstə Hüseynova